Prezident İlham Əliyevin 20 oktyabr tarixində Cəbrayıl şəhərinə səfər etmişdir

Prezident İlham Əliyevin 20 oktyabr tarixində Cəbrayıl şəhərinə səfər etmişdir
  • Cəmiyyət

  • Azərbaycan Respublikasının rəşadətli ordusu sayəsində  Cəbrayıl şəhəri də işğaldan azad olunmuşdur və Prezident İlham Əliyev ilk dəfə tarixi sərvətimiz olan Xudafərin  körpüsünə gedərək , təmir işlərini başlatmışdır. 
             
    Prezident İlham Əliyevin 20 oktyabr tarixində Cəbrayıl şəhərində mətbuata verdiyi bəyanatında bildirmişdir ki, bu gün Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının növbəti təntənəsidir. Türkiyə kimi qüdrətli ölkə bizim qardaşımızdır, bu, bizim üçün böyük xoşbəxtlikdir. İkinci Qarabağ savaşında ilk gündən etibarən, savaşdan sonrakı dövr bu birliyi daha da gücləndirdi. Keçən il biz Şuşada Şuşa Bəyannaməsini imzaladıq və Türkiyə və Azərbaycan rəsmən müttəfiq oldu. Bütün sahələrdə müttəfiq olduq və bu həm xalqlarımıza ciddi gözaydınlığıdır, eyni zamanda, bölgəyə və dünyaya ciddi mesajdır. Çünki Türkiyə-Azərbaycan birliyi bölgədə çox önəmli bir amildir. Bu, sülh, sabitlik amilidir. Ancaq,eyni zamanda, əgər kimsə yenə də bizə qarşı ədalətsiz hərəkət etmək istəsə, əlbəttə ki, bu amili ciddi nəzərə almalıdır.
                 
    Cənab İlham Əliyev bildirib ki, əziz qardaşımın liderliyi sayəsində Türkiyə son illər böyük uğurlu yol keçib, dünya çapında güc mərkəzinə çevrilib. Türkiyədəki sabitlik, inkişaf göz qabağındadır. Bu gün dünyanın bir çox ölkələrində böhran yaşanır, ölkələr idarəolunmaz vəziyyətə düşür, iqtisadi çətinliklər, sıxıntılar insanların haqlı etirazına səbəb olur. Türkiyə isə inamla irəliləyir, nəhəng layihələr gerçəkləşdirir, bölgədə söz sahibidir, dünyada önəmli güc mərkəzidir. Hər kəs bununla hesablaşmalıdır və hər kəs bilməlidir ki, bu uğurların səbəbkarı mənim qardaşım Rəcəb Tayyib Ərdoğandır. Azərbaycanda Tayyib bəyə çox böyük hörmət, məhəbbət vardır və bunu Azərbaycana gələn hər bir insan görür.
                 
    İkinci Qarabağ savaşından sonra Türkiyə-Azərbaycan qardaşlığı, birliyi daha da yüksək pilləyə qalxıb. Cənab Prezident İlham Əliyevin 2022-ci il 20 oktyabr tarixində Cəbrayıl şəhərində mətbuata verdiyi bəyanat zamanı, Zəngilan hava limanının açılışının ölkəmizin həyatında çox əlamətdar hadisə olduğunu qeyd etmişdir. Cənab prezident bildirmişdir ki, "Azərbaycan Ordusu 2 il bundan əvvəl Zəngilan şəhərini azad etdi və məhz belə bir gündə Türkiyə Prezidentinin Azərbaycanda, Zəngilanda və Cəbrayılda olması xüsusi məna daşıyır" . Vətən Müharibəsinin ilk saatlarından Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Azərbaycana siyasi və mənəvi dəstəyini ifadə etmiş və bildirmişdir ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır.  Qardaş ölkənin dəstəyi bu gün bərpa edilən Qarabağda və Zəngəzurda yenə də görünür.  Azərbaycan xalqı qardaş Türkiyəni tarix boyu yanında görmüşdür və bu birliyin, qarşılıqlı yardımın tarixi bir qədər keçmişə dayanır. Siyasi və mənəvi dəstəyi 44 gün ərzində dayanmadan davam etdi. İstər media sahəsində olsun, istərsə də erməniləri dünyaya tanıtmaqda olsun, həmişə yanımızda olmuşdur. 




    Aycamal Bağırova,
    Masallı rayonu N.Nərimanov adına 2 saylı  tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi


    PAYLAŞ:

    Oxşar xəbərlər