Artıq Qubadlı rayonunun işğaldan azad olunmasından 2 il ötür. Bu müddət ərzində ölkə Prezindenti işğaldan azad olun rayonların iqtisadi vəziyyətinin, infrastrukturunun yaxşılaşdırılması ilə bağlı bir sıra adımlar atmaqdadır.
Bu zaman kəsiyində işğaldan azad olunan ərazilərimizdə əhalinin öz el-obalarına qayıtmağından ötrü evlərin tikilməsi, yolların yenidən çəkilərək abadlaşması, məktəb və baxçaların tikilməsi və onlarca bu kimi işlərin görülməsi sosial inkişafın bariz nümunəsidir.
Uzun zamandan sonra atılan bu addımlar, qısa zamanda işğaldan azad olunmuş bütün ərazilərdə həyata keçiriləcək öz el-obalarından didərgin düşmüş soydaşlarımız yurdlarına geri donəcəkdir.
Bu gün işğaldan azad olunmuş ərazilərimiz abadlaşır, gözəlləşir infrastruktur yenilənir, öz yurd-yuvasından didərgin düşmüş vətəndaşlarımız üçün yaşanacaq vəziyyətə gətirilir. Azərbaycan xalqı humanist və səbrli olduğu qədər qətiyyətli və dönməzdir. Hər şeyin bir sonu olduğu kimi, xalqın da səbrinin sonu gəldi və dövlətimiz 44 günlük müharibə ilə bütün dünyaya Azərbaycan xalqının necə qəhrəman xalq, necə mübariz xalq olduğunu sübut etdi.
İkinci Qarabağ müharibəsində həlak olanların böyük əksəriyyəti gənc nəslin nümayəndələri idi. Onların heç biri Qarabağda olmamışdı, bu diyarı görməmişdilər, amma onların qəlbində yaşayan milli ruh, ədalət və Vətən sevgisi onları ölümə aparırdı. Biz bütün dünyaya sübut etdik ki, XXI əsrdə necə müharibə aparmaq lazımdır, ləyaqətlə müharibə aparmaq lazımdır, müasir üsullarla müharibə aparmaq lazımdır.
Milyonlarca Azərbaycanı bu gün işğaldan azad olunmuş torpaqları ziyarətə gedir. Neçə ilin həsrətindən sonra , Azərbaycanın və dünyanın hər yerindən insanlar bu yerlərə axın edir, sanki, illərin həsrətini üzərindən atmağa çalışır xalqımız. Bu gün işğaldan azad olunmuş torpaqlara baş çəkən hər bir insan, hər bir azərbaycanlı görür ki, iş Elektrik enerjisi ilə təchizat, qazlaşdırma, yol infrastrukturu, suvarma, içməli su layihələri, sosial infrastruktur layihələri icra olunur, hər rayonda müasir xəstəxana, tibb ocaqları, bir çox məktəblər inşa edilmişdir. Əlbəttə ki, rayonların sosial-iqtisadi inkişafına bunun çox böyük töhfəsi olmuşdur. Butün bunlar iqtisadi inkişafın göstəriciləri və regionların inkişafına göstərilən dəstəyin bir nümunəsidir.
İğaldan azad olunmuş torpaqları bərpa olunur,dirçəlir və abadlaşır.
Ceyhun Hüseynov,
Masallı MRX İƏ söbəsinin mütəxəssisi