Artıq Füzuli rayonunun işğaldan azad olunmasından 2 ilə yaxın vaxt ötür. Bu müddət ərzində ölkə Prezindenti işğaldan azad olun rayonların iqtisadi vəziyyətinin, infrastrukturunun yaxşılaşdırılması ilə bağlı bir sıra adımlar atmaqdadır. Bu zaman kəsiyində işğaldan azad olunan ərazilərimizdə əhalinin öz el-obalarına qayıtmağından ötrü evlərin tikilməsi, yolların yenidən çəkilərək abadlaşması, məktəb və baxçaların tikilməsi və onlarca bu kimi işlərin görülməsi sosial inkişafın bariz nümunəsidir.
Bu gün işğaldan azad olunmuş ərazilərimiz abadlaşır, gözəlləşir infrastruktur yenilənir, öz yurd-yuvasından didərgin düşmüş vətəndaşlarımız üçün yaşanacaq vəziyyətə gətirilir. Zəngilan rayonu bu sahədə birinci rayondur ki, artıq keçmiş məcburi köçkünlər yaxın gələcəkdə oraya qayıdacaqlar. Bildiyiniz kimi, birinci pilot layihə Zəngilanın Ağalı kəndində həyata keçirilir. Ağalı kəndi faktiki olaraq yenidən qurulur, böyük və rahat kəndə çevriləcəkdir.
Azərbaycan xalqı humanist və səbrli olduğu qədər qətiyyətli və dönməzdir. Hər şeyin bir sonu olduğu kimi, xalqın da səbrinin sonu gəldi və dövlətimiz 44 günlük müharibə ilə bütün dünyaya Azərbaycan xalqının necə qəhrəman xalq, necə mübariz xalq olduğunu sübut etdi.
İkinci Qarabağ müharibəsində həlak olanların böyük əksəriyyəti gənc nəslin nümayəndələri idi. Onların heç biri Qarabağda olmamışdı, bu diyarı görməmişdilər, amma onların qəlbində yaşayan milli ruh, ədalət və Vətən sevgisi onları ölümə aparırdı. Biz bütün dünyaya sübut etdik ki, XXI əsrdə necə müharibə aparmaq lazımdır, ləyaqətlə müharibə aparmaq lazımdır, müasir üsullarla müharibə aparmaq lazımdır.
Milyonlarca Azərbaycanı bu gün işğaldan azad olunmuş torpaqları ziyarətə gedir. Neçə ilin həsrətindən sonra , Azərbaycanın və dünyanın hər yerindən insanlar bu yerlərə axın edir, sanki, illərin həsrətini üzərindən atmağa çalışır xalqımız. Bu gün işğaldan azad olunmuş torpaqlara baş çəkən hər bir insan, hər bir azərbaycanlı görür ki, işğaldan azad olunmuş torpaqları bərpa olunur,dirçəlir və abadlaşır. Uzun zamandan sonra atılan bu addımlar, qısa zamanda işğaldan azad olunmuş bütün ərazilərdə həyata keçiriləcək öz el-obalarından didərgin düşmüş soydaşlarımız yurdlarına geri donəcəkdir. “
Arzu edək ki, Azərbaycanın dövlətinin gələcək həyatı təqvimi ancaq qırmızı rənglərlə bəzəsin, xalqımız bütün Azərbaycanda qələbə, uğur sevinc dolu günləri qeyd etsin və gələcək nəsillərə ötürsün.
Ceyhun Hüseynov,
Masallı MRX İƏ söbəsinin mütəxəssisi