Zəngilan şəhəri işğaldan azad olunması

Zəngilan şəhəri işğaldan azad olunması
  • Cəmiyyət

  • Artıq Zəngilan rayonunun işğaldan azad olunmasından 2 il ötür. Bu sevinci xalq olaraq necə yaşadığımızı sözlərlə ifadə etmək mümkün deyil. Göz yaşlarımızın müşayət etdiyi sevinc hissi hamımıza tanış hisslərdir. Bu müddət ərzində ölkə Prezindenti işğaldan azad olun rayonların iqtisadi vəziyyətinin, infrastrukturunun yaxşılaşdırılması ilə bağlı bir sıra adımlar atmaqdadır. 
                
    Bu zaman kəsiyində işğaldan azad olunan ərazilərimizdə əhalinin öz el-obalarına qayıtmağından ötrü evlərin tikilməsi, yolların yenidən çəkilərək abadlaşması, məktəb və baxçaların tikilməsi və onlarca bu kimi işlərin görülməsi sosial inkişafın bariz nümunəsidir. 
                  
    Uzun zamandan sonra atılan bu addımlar, qısa zamanda işğaldan azad olunmuş bütün ərazilərdə həyata keçiriləcək öz el-obalarından didərgin düşmüş soydaşlarımız yurdlarına geri donəcəkdir. 
                  
    Milyonlarca Azərbaycanı bu gün işğaldan azad olunmuş torpaqları ziyarətə gedir. Neçə ilin həsrətindən sonra , Azərbaycanın və dünyanın hər yerindən insanlar bu yerlərə axın edir, sanki, illərin həsrətini üzərindən atmağa çalışır xalqımız bu gün işğaldan azad olunmuş torpaqlara baş çəkən hər bir insan, hər bir azərbaycanlı görür ki, işğaldan azad olunmuş torpaqları bərpa olunur,dirçəlir və abadlaşır. 
                   
    Son illərdə erməni işğalından xilas olmuş rayonlarımızla yanaşı bütün rayonlarda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramını icrası nəticəsində geniş abadlıq-quruculuq işləri görülür, böyük infrastruktur layihələri icra edilir və uzun illər ərzində insanları narahat edən problemlərin böyük hissəsi aradan qalxmaqdadır. 

    Elektrik enerjisi ilə təchizat, qazlaşdırma, yol infrastrukturu, suvarma, içməli su layihələri, sosial infrastruktur layihələri icra olunur, hər rayonda müasir xəstəxana, tibb ocaqları, bir çox məktəblər inşa edilmişdir. Əlbəttə ki, rayonların sosial-iqtisadi inkişafına bunun çox böyük töhfəsi olmuşdur. Butün bunlar iqtisadi inkişafın göstəriciləri və regionların inkişafına göstərilən dəstəyin bir nümunəsidir.
                    
    Xalqımız bu gün öz yurdunda rahat yaşamaq hüququna malik olduğu kimi, bütün dünyaya buna yetərli gücü olduğunu aşıladı.Azərbaycan xalqı humanist və səbrli olduğu qədər qətiyyətli və dönməzdir. Hər şeyin bir sonu olduğu kimi, xalqın da səbrinin sonu gəldi və dövlətimiz 44 günlük müharibə ilə bütün dünyaya Azərbaycan xalqının necə qəhrəman xalq, necə mübariz xalq olduğunu sübut etdi.
     
     

    Ceyhun Hüseynov,  
    Masallı RMX, İƏ şöbəsi
     

     
    PAYLAŞ:

    Oxşar xəbərlər