Prezident İlham Əliyev Zəngilan rayonun Ağalı kəndində

Prezident İlham Əliyev Zəngilan rayonun Ağalı kəndində
  • Cəmiyyət

  • Artıq Zəngilanın azad olunmasından 2 ilə yaxın vaxt ötür. Bu müddət ərzində ölkə Prezindenti işğaldan azad olun rayonların iqtisadi vəziyyətinin, infrastrukturunun yaxşılaşdırılması ilə bağlı bir sıra adımlar atmaqdadır. 

    Bu zaman kəsiyində işğaldan azad olunan ərazilərimizdə əhalinin öz el-obalarına qayıtmağından ötrü evlərin tikilməsi, yolların yenidən çəkilərək abadlaşması, məktəb və baxçaların tikilməsi və onlarca bu kimi işlərin görülməsi sosial inkişafın bariz nümunəsidir. 

    Zəngilan rayonunda, eyni zamanda, bütün tarixi-dini abidələrimiz ermənilər tərəfindən dağıdılıb. Biz artıq tarixi-dini abidələrimizin bərpası işinə başlamışıq. Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə Zəngilan şəhər məscidi indi əsaslı şəkildə təmir olunur, faktiki olaraq yenidən qurulur. Çünki bu məsciddən cəmi bir divar qalmışdı. Yəni, Zəngilanda mövcud olan acı mənzərə azad edilmiş bütün başqa torpaqlarda da mövcuddur.

    Zəngilan rayonu bu sahədə birinci rayondur ki, artıq keçmiş məcburi köçkünlər yaxın gələcəkdə oraya qayıdacaqlar. Bildiyiniz kimi, birinci pilot layihə Zəngilanın Ağalı kəndində həyata keçirilir. Ağalı kəndi faktiki olaraq yenidən qurulur, böyük və rahat kəndə çevriləcəkdir.

    Dünən 27 may 2022-ci il tarixdə artıq Ağalı kəndində “Ağalı kənd” lahiyyəsinin açlışı həyata keçirildi. Açlışda ölkə prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak etmişlər. 

    Uzun zamandan sonra atılan bu addımlar, qısa zamanda işğaldan azad olunmuş bütün ərazilərdə həyata keçiriləcək öz el-obalarından didərgin düşmüş soydaşlarımız yurdlarına geri donəcəkdir. “Ağalı kənd” lahiyyəsi bu fikirlərimizin bariz nümunəsi, real göstəriş etalonudur.

    Xalqımız bu gün öz yurdunda rahat yaşamaq hüququna malik olduğu kimi, bütün dünyaya buna yetərli gücü olduğunu da sübut elədi.

    Ceyhun Hüseynov,
    Masallı MRX –nın mütəxəssisi
    PAYLAŞ:

    Oxşar xəbərlər