Vətən, sən müqəddəs and yerimiz, qibləgahımızsan.İgidlərin qəlbində sönməz məşəl, yanar alovsan. Milyonların tükənməz arzususan. Sən necə də əzəmətlisən, necə də böyüksən. Vətən ululardan ulusan, sən Babəklər, Cavanşirlər yurdusan.
Zəngilan Araz çayının sol sahilində yerləşən,qərbdə Ermənistanla,şərqdə İran İslam Respublikası ilə həmsərhəd olan tarixi bir ərazidir. Zəngilan rayon kimi 1930-cu ildə təşkil olunmuşdur. Şərqlə qərbin qovuşduğu yerdə yerləşən Zəngilan ticarət üçün də əlverişli bir bölgə olmuşdu. Hələ 60-ci illlərdə arxeoloji qazıntılar zamanı buradan Makedoniyalı İsgəndərin adına zərb olunan sikkələrin tapılması Zəngilan ərazisinin ticarətdə mühüm rol oynadığına geniş fakt idi. 1993-cü il Azərbaycanın bu məhsuldar bölgəsi Ermənistan silahlı qüvvələri tərəfindən amansızcasına işğal olunmuşdur. İşğal olunmazdan əvvəl şəhər bir neçə dəfə düşmən mühasirəsinə alınmış və çoxlu sayda insan tələfatına məruz qalmış.
Zəngilan 1993-cü ildə işğal edilərkən 1 şəhər,5 qəsəbə və 79 kənddən ibarət idi. 2020-ci il 27 sentyabr II Qarabağ müharibəsi başlandı və 28 sentyabr ölkə ərazisində hərbi vəziyyət elan oldu. 44 günlük müharibə ərzində 2020-ci il 20 oktyabrda Ali baş komandan İlham Əliyevin xüsusi göstərişi ilə,Azərbaycan silahlı qüvvələri tərəfindən Zəngilan şəhəri azad edildi.Bu qürurlu xəbəri Azərbaycanın prezidenti İlham Əliyev xalqa televiziya vasitəsi ilə bəyan etmişdir.Həmin gün,həmin sevincli xeberler...Xalq necede sevinirdi..Sevincli olmağımıza rəğmən bir o qədər də kədərliydik.Çünki o torpaqların hər qarışı uğrunda can verib şəhidlik mərtəbəsinə yüksələn mərd yenilməz oğullarımızın acı xəbərini alırdıq.İlham Əliyev həmin gün Zəngilanın işğaldan azad olunmuş kəndlərinin adlarını televiziya vasitəsilə xalqa açıqlamışdı.. Və ali baş komandanımız hər çıxışının əvvəlində də, sonunda da “Qarabağ Azərbaycandır” deyərək xalqı ayağa qaldıırır,xalda özünə inam hissi yaradırdı.
Artıq “Qarabağ Azərbaycandır” ifadəsi 44 günlük vətən müharibəsinin devizinə çevrilmiş,dillərə dastan olmuşdur..Bu müharibədə, Prezidentin dəmir yumruq kimi xalqı bir araya gətirməsi və xalqı birliyə səsləyən şüarları yenilməz ordumuz üçün bir stimul idi.2020-ci il 22 oktyabrda Zəngilanın 7 Ağbənd qəsəbəsi Milli ordumuz tərəfindən azad edildikdən sonra Arazın o tayındakı soydaşlarımız tərəfindən alqışlarla müşayiət olunan Azərbyacan əsgərləri İranla dövlət sərhədini tam nəzarətə götürdülər.Bu qürurverici bir hiss idi. Sözlərlə ifadə edilə bilməyəcək qədər qürurlu bir xəbər idi..Artıq Zəngilanın 1 şəhəri,49 kəndi,4 qəsəbəsi düşməndən azad olunmuşdur. Zəngilanın bu gün işğaldan azad olunmasından 2 il ötüb keçir. Xalqımız bu günü sevinc minnətdarlıq ,qürür hissləri ilə qeyd edir.
Leyla Ağayeva,
Masallı rayon Yolağac kənd tam orta məktəbinin Tarix müəlliməsi