Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında çıxış edib

Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında çıxış edib
  • Cəmiyyət

  • Azərbaycan Respublikasının Prezidenti  Cənab İlham Əliyev MDB Dövlət Başçıları Şurasının   iclasında regionda yaranan vəziyyətlə bağlı öz həmkarlarını məlumatlandırmış və  Azərbaycanın ərazilərinin erməni silahlı qüvvələri tərəfindən işğalı dövründə heç vaxt  bu mövzuda MDB çərçivəsində  müzakirəyə çıxartmadığını qeyd etmişdir.Ona görə ki, münaqişənin nizamlanması mövzusu ilə ATƏT-in Minsk qrupu məşğul olduğunu bildirmişdir. Cənab Prezident təəssüf hissi ilə qeyd etmişdir 28 il ərzində Minsk qrupunun nəticəsnin sıfıra bərabər olduğu, uzun sürən danışıqların aparılması münaqişənin hələ uzun illər həll olunmaması üçün yalnız pərdə  rolunu oynadığı barədə geniş məlumat vermişdir.
             
    Cənab Prezidentin çıxışında münaqişənin həll olunduğu, Azərbaycan beynəlxalq hüquqa, BMT-nin Nizamnaməsinə, o cümlədən hər bir ölkənin özünümüdafiə hüququna malik olmasını nəzərdə tutan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq münaqişəni özü həll etdiyini söyləməsi  bizləri çox qürürlandırdı.

    Cənab Prezident öz çıxışında, münaqişədən sonrakı vəziyyət müxtəlif cür inkişaf etdiyini,cari ilin Sentyabrda - demək olar bir ay bundan əvvəl Azərbaycan-Ermənistan sərhədi ərazisində silahlı toqquşmalar baş verdiyini – Azərbaycana münasibətdə  mina terroru və snayper terroru davam etdiyini, İkinci Qarabağ müharibəsi başa çatandan sonra Azərbaycanın 250-dən çox vətəndaşı əsasən işğal dövründə basdırılan minaların partlaması nəticəsində ya həlak olduğunu eyni zamanda, ordumuz tərəfimizdən Ermənistan istehsalı olan piyada əleyhinə 1400 mina aşkarlandığını diqqətə çatdırmışdır.
            
    Daha sonar Cənab Prezident Oktyabrın 6-da “Avropa siyasi birliyi”nin yeni platforması çərçivəsində Praqada Fransa Prezidenti, Avropa İttifaqı Şurasının Prezidenti, Ermənistanın baş naziri və Azərbaycan Prezidentinin iştirakı ilə dördtərəfli görüşü məsələsinə öz çıxışında yer vermiş öz həmkarlarının diqqətinə bəzi vacib məqamları çatdıraraq bildirmişdir ki, Azərbaycan beynəlxalq səviyyədə tanınan öz ərazisində müharibə aparırmışdır. Qarabağ bütün dünya tərəfindən Azərbaycanın tərkib hissəsi kimi tanındığını dövlətimiz özünümüdafiə hüququndan istifadə edərək, ərazi bütövlüyünü güc hesabına bərpa etdiyini vurğulamışdır.
          
    Cənab Prezident öz çıxışında, postmünaqişə vəziyyətinin digər aspektlərinə gəldikdə, hazırda azad edilmiş ərazilərin bərpası ilə fəal məşğul oluruq. Hər şey dağıdılıb, görüntülər dərc edilib, arzu edənlər tanış ola bilərlər. On min kvadratkilometr ərazidə demək olar bir salamat binanın qalmadığı, 67 məsciddən 65-i dağıdıldığı, müsəlmanların müqəddəs yerlərinin təhqir edildiyi, məscidlərdə donuz və inək saxlanılmasına dair görüntüləri internetdən də əldə etmək olduğunu qeyd etmiş. Bütün bunların Azərbaycan xalqına və bütün müsəlman dünyasına qarşı ifrat dərəcədə nifrətdən xəbər verdiyini bildirmişdir.
         
    Cənab İlham Əliyev daha vacib bir məqamı da qeyd etmişdir ki, 2020-ci ilin noyabrında Rusiya Federasiyasının vasitəçiliyi ilə üçtərəfli Bəyanat qəbul edildiyi, Azərbaycan Bəyanatın bütün müddəalarını yerinə yetirdiyi, Ermənistan Bəyanatın özünə aid hissəsini icra etmədiyini məhz Azərbaycanın əsas hissəsindən Naxçıvan Muxtar Respublikasına maneəsiz girişini istəmədiyini vurğulamışdır.Halbuki bu, onun hüquqi öhdəliyi olduğunu, həmçinin Azərbaycan ərazisində erməni silahlı qüvvələrini indiyədək çıxarmadığını, Azərbaycan tərəfinin hələ ki, səbir nümayiş etdirdiyini, lakin bu səbr etmənin də bir həddi   olduğunu diqqətə çatdıraraq, 2020-ci ilin noyabr Bəyanatının icra olunmadığı halda adekvat tədbir görməkdən başqa seçimimizin qalmayacağını qeyd etmişdir.
          
    Sonda Cənab Prezident öz həmkarlarına bizim mövqeyimizin aydın və dəqiq olduğunu bildirərək,Qarabağın erməni əhalisinin hüquqları və təhlükəsizliyi Azərbaycan Konstitusiyasına uyğun  təmin ediləcəyini, öz daxili məsələlərimizi heç bir tərəflə müzakirə etməyəcəyimizi,bildirmişdir.
     
     
     
    Toğrul Məmmədli, 
    Ə.Məmmədov adına Öncəqala kənd tam orta məktəbinin direktoru 
    PAYLAŞ:

    Oxşar xəbərlər