Oktyabrın 14 –də Astanada MDB Dövlət Başçıları Şurasının iclası keçirilib.İclasda Azərbaycan Resoublikasının Prezidenti İlham Əliyeb də iştirak edib.
Dövlətimizin başçısı iclasda çıxış edib. Ölkə başçısı əvvəlcə öz həmkarlarını Azərbaycanda yaranan vəziyyətlə bağlı məlumat verib.Prezident İ.Əliyev bildirib ki,heç vaxt Qatabağ məsələsini MDB çərçivəsinə müzakirəyə çıxarmayıb,çünki münaqişənin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olurdu.Cənab Prezident bildirib ki,28 il keçməsinə baxmayaraq,bu illər ərzində Minsk qrupunun nəticəsi ürəkaçan olmamışdır.Burdan belə nəticəyə gəlmək olar ki,Minsk qrupu məsələnin həllinə yox,dondurulmasına köklənmişdir.Artıq münaqişə həll olunmuşdur.Biz özünü müdafiə hüquqlarımızdan istifadə edərək münaqişəni özümüz həll etməli olduq.Biz BMT Nizamnaməsinin 51-ci maddəsini əlimizdə əsas tutduq.
Münaqişədən sonra vəziyyət başqa cür inkişaf edir.Sentyabrda Azərbaycan-Ermənistan sərhədində silahlı toqquşmalar baş verdi.Bu,Azərbaycana qarşı törədilən hərbi cinayətdir.
II Qarabağ Müharibəsi başa çatandan sonra Azərbaycanın 250-dən çox vətəndaşı işğal dövründə basdırılan minaların partlaması nəticəsində ya həlak olub,ya da ciddi xəsarət alıb.
Prezident İ.Əliyev,həmçinin qeyd edib ki,Laçın rayonu ərazisindən Ermənistan istehsalı olan 1400 mina aşkarlanıb ki,bu minalar 2021-ci ildə Laçın rayonu ilə sərhəd ərazidə basdırılıb.
Azərbaycan heç vaxt Ermənistan ərazisini işğal etmək niyyətində olmayıb.
Ölkə rəhbəri oktyabrın 6-da Praqada təşkil olunmuş görüş də xatırladıb və bildirib ki,dördtərəfli görüşdə bir neçə saat davam edən danışıqlar nəticəsində Ermənistan –Azərbaycan sərhədi yaxınlığında Ermənistan ərazisinə Avropa İttifaqının 40 nəfərdən ibarət mülki missiyasının göndərilməsi barədə qərar qəbul olundu.Bu missiyanın məqsədi tərəflərə sərhədlərin çəkilməsində delimitasiya ilə bağlı məsələlərin müəyyənləşdirilməsindəkömək göstərməkdir.
Sonra Prezident İ.Əliyev missiyanın Azərbaycan tərəfinə göndərilməsi cəhdinə qətiyyətlə rədd cavabının verilməsinə də aydınlıq gətirdi.Missiyanın Ermənistan ərazisində KTMT məsuliyyət zonasında yerləşdirilməsini söylədi.
Prezident İ.Əliyev Praqadakı görüşdən sonra Fransa Prezidentinin təhqiramiz,qəbulolunmaz.yalan ,təxribat xarakterli bəyanatlarla çıxışından da söz açıb və bildirib ki,bu bəyanatlarda Azərbaycanı dəhşətli müharibə törətməkdə günahlandırıb.Lakin Azərbaycan beynəlxalq səviyyədə tanınan öz ərazisində müharibə aparıb.
Sonar Prezident İ.Əliyev Fransanın xarici işlər nazirinin yalan bəyanatında, Azərbaycanın Parisdəki səfirliyinə edilən basqından,Ermənistan tərəfindən Azərbaycanın Livandakı və ABŞ-dakı səfirliklərinə qarşı törədilən təxribatlardan da danışıb.
Son olaraq Prezident İlham Əliyev azad edilmiş ərazilərdə bərpa işlərindən və Qarabağ ermənilərinin taleyi məsələsindən də danışıb.
Ş.Xəlilova,
S.Xəlilov adına Qızılağac kənd 1 nömrəli tam orta məktəbin müəllimi