İclasdan öncə dövlət başçıları tərəfdən məhdud şəkildə şura iclası keçirilib. İclas Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev tərəfndən elan edilib.MDB İcraiyyə Komitəsinin sədri – icraçı katibi Sergey Lebedev gündəlikdə duran məsələlər barədə məlumat verib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib və çıxışa başlayarkən regiondakı vəziyyətlə bağlı şura iştirakçılarını məlumatlandırıb.Çıxışında bildirib ki, Azərbaycanın ərazilərinin erməni silahlı qüvvələri tərəfindən işğalı dövründə mən bu mövzunu MDB çərçivəsində heç vaxt müzakirəyə çıxarmırdım. Çünki münaqişənin nizamlanması mövzusu ilə ATƏT-in Minsk qrupu məşğul olurdu, o, mandata sahib idi. Təəssüf ki, 28 il ərzində Minsk qrupunun nəticəsi sıfıra bərabərdir.
İndi göründüyü kimi, bu qurumun başlıca məqsədi münaqişənin nizamlanması yox, onun dondurulması idi. Danışıqların aparılması münaqişənin hələ uzun illər həll olunmaması üçün yalnız pərdə idi. Beləliklə, münaqişə həll olunub. Azərbaycan beynəlxalq hüquqa, BMT-nin Nizamnaməsinə, o cümlədən hər bir ölkənin özünümüdafiə hüququna malik olmasını nəzərdə tutan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq münaqişəni özü həll edib.Görüşdə 6 oktyabr tarixində “Avropa siyasi birliyi”nin yeni platforması çərçivəsində Praqada Fransa Prezidenti, Avropa İttifaqı Şurasının Prezidenti, Ermənistanın baş naziri və Azərbaycan Prezidentinin iştirakı ilə dördtərəfli təşkil olunan görüşbarədə də müzakirələr aparıldı.Görüşün davamında Fransa – Ermənistan münasibətləridə müzakirə olundu.
Bəyan edildi ki, Fransa heç vaxt Ermənistanı atmayacaq. Ancaq, necə deyərlər, bu, ikitərəfli münasibətlər məsələsidir. Həmçinin Rusiya Federasiyasının ünvanına “Rusiya Azərbaycan oyununu oynadı” kimi qərəzli bəyanatlar səsləndirildi. Böyük ölkənin Prezidentinə küçə leksikonundan istifadə etməyin nə dərəcədə siyasi nəzakətə uyğun olmasını, qoy, Fransa ictimaiyyəti müəyyən etsin. Biz isə öz tərəfimizdən belə bəyanatları qəti surətdə pisləyirik, rədd edirik və bundan sonra Fransa hökumətinin belə münasibəti çərçivəsində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması işində Fransanın hər hansı rol oynamasının heç bir mümkünlüyünü görmürük.
Daha sonar Azərbaycanın Parisdəki səfirliyinə edilən basqınlar, Fransanın xarici işlər naziri Azərbaycanın əleyhinə verdiyi yalan bəyanatlar, Fransa Senatı və aşağı palata İkinci Qarabağ müharibəsi dövründə qondarma “Dağlıq Qarabağ”ı tanıyan qəbul edilən qətnamələr , Ermənistan tərəfindən Azərbaycanın Livandakı və ABŞ-dakı səfirliklərinə qarşı törədilən təxribatlar , Azərbaycanın ABŞ-dakı səfirliyinin avtomobilinə odlu silahdan açılan atəş barədə görüntülər və başqa məsələlər müzakirə olundu. Sonda Qarabağ ermənilərinin taleyi barədə. Praqa görüşündə bu məsələ üzrə bizim fikir mübadiləmiz oldu. Bizim mövqeyimiz aydındır, dəqiqdir. Azərbaycanın əzəli və əbədi torpaqları olan Qarabağ Azərbaycandır!
İradə İmanbəyli,
Masallı rayon, Dəmirçi kənd ümumi orta məktəbinin direktor müavini