Prezident İlham Əliyev Astanada Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının içlasında çıxış etmişdir

Prezident İlham Əliyev Astanada Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının içlasında çıxış etmişdir
  • Cəmiyyət

  • Azərbaycan Respublikasının Prezidenti,Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Ali baş komandan cənab İlham Əliyevin apardığı uğurlu xarici siyasət nəinki Azərbaycan xalqının həmçinin Dünya dövlətləri arasında yüksək qiymətləndirirlir.
               
    Cənab Prezidentin oktyabrın 14-də Astanada Müstəqil Dövlətlər Birliyi(MDB) Dövlət Başçıları Şurasının iclasındakı çıxışı öz prinsipiallığı ilə diqqət çəkib.Hər zaman olduğu kimi qətiyyətli fikirlərini açıq-aydın və dürüst şəkildə ifadə edən,eyni zamanda hər bir çıxışında Dünya nizamnaməsinə və qanunlarına əsaslanan mövqeydən danışması cənab Prezidentimizin haqq və ədalətə söykəndiyinin bir daha sübutudur.
                 
    MDB Dövlət Başçılarının əvvəlcə məhdud tərkibdə iclasından sonra Qazaxıstan Prezidenti Kasım Jomert Tokayev iclası açıq elan etmiş və sözü cənab İlham Əliyevə vermişdir.Cənab prezident əvvəlcə regionda yaranan vəziyyətlə bağlı iclas iştirakçılarını məlumatlandırmışdır.Hörmətli Prezidentimiz bildirmişdir ki,Azərbaycan ərazilərinin erməni silahlı qüvvələri tərəfindən işğalı dövründə bu mövzunu MDB çərçivəsində heç vaxt çıxarmırdım.Çünki,münaqişənin nizamlanması mövzusu ilə ATƏT-in Mins qrupu məşğul olurdu.Təəssüf ki, 28 il ərzində Mins qrupunun nəticəsi sıfıra bərabərdir.İndi göründüyü kimi,bu qurumun başlıca məqsədi münaqişənin nizamlanması yox, onun dondurulması idi.Danışıqların aparılması münaqişənin hələ uzun illər həll olunmaması üçün yalnız pərdə idi.Beləliklə,münaqişə həll olunub.Azərbaycan beynəlxalq hüquqa,BMT –nin Nizamnaməsinə,o cümlədən hər bir ölkənin özünümüdafiə hüququna malik olmasını nəzərdə tutan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq münaqişəni özü həll edib.
                 
    Münaqişədən sonrakı vəziyyət müxtəlif cür inkişaf edir.Buna görə də həmkarlarımı son dövrlər ərzində baş verənlərlə bağlı məlumatlandırmaq istərdim.Sentyabrda-demək olar ki,bir ay bundan əvvəl Azərbaycan-Ermənistan sərhədi ərazisində silahlı toqquşmalar baş verdi.Bu silahlı toqquşmaların səbəbi belədir-Azərbaycana münasibətdə terror,ilk növbədə,mina terroru və snayper terroru davam edir.İkinci Qarabağ müharibəsi başa çatandan sonra Azərbaycanın 250-dən çox vətəndaşı əsasən işğal dövründə basdırılan minaların partlaması nəticəsində ya həlak olub,ya da ciddi xəsarət alıb.Eyni zamanda bizim tərəfimizdən Ermənistan istehsalı olan piyada əleyhinə 1400 mina aşkarlanıb.Bu minalar 2021-ci ildə Laçın rayonu ilə sərhəd ərazidə basdırılıb.Həmçinin Azərbaycanın bir hərbi mövqeyindən digərinə aparan yolar minalanıb.Silahlı toqquşmalar davam edib.Bəzilərinin hesab etdiyi kimi,Azərbaycan Ermənistan ərazisini işğal etmək niyyətində olmayıb.Rusiya tərəfinin vasitəçilik fəaliyyəti nəticəsində,-mən bunu xüsusi vurğulamaq istərdim,-məhz Rusiya tərəfi atəşkəs təklifi ilə çıxış etdi,bəziləri bunu başqa ölkələrə aid edirlər ki,bu da tamamilə əsassızdır.Rusiya tərəfinin vasitəçilik fəaliyyəti nəticəsində silahlı toqquşmalar,artıq dediyim kimi,dayandırıldı.
                 
    Sonra Prezident İlham Əliyev Fransa Prezidentinin Azərbaycana qarşı qərəzli mövqeyini açıqlayaraq Şura iştirakçılarına geniş məlumat vermişdir.
                 
    Təəssüf ki,Azərbaycan dördtərəfli görüşün,o cümlədən Fransa Prezidentinin iştirakı ilə keçirilməsinə razılıq verməsinə baxmayaraq,-Fransanın Azərbaycan və Ermənistan arasında münasibətlərə heç bir aidiyyəti yoxdur,bəli,ATƏT- in Minsk qrupunun həmsədri kimi Fransanın vasitəçilik missiyası var idi,lakin Qarabağ münaqişəsi nizamlandığına görə Minsk qrupu heç bir iş görməyib,ərazimizin bir santimetr torpağı belə azad edilməmişdi,-Azərbaycan xoş məram göstərərək,Fransa Prezidentinə bu görüşdə iştirak etməyə icazə verdi.Avropa İttifaqı Şurası Prezidentinin iştirakına gəlincə,bildiyiniz kimi,Brüsseldə artıq bir neçə üçtərəfli görüş keçirilib və prinsipcə,biz Ermənistan-Azərbaycan münasibətlərinin  normallaşdırılması işində Avropa İttifaqının səylərini həmişə dəstəkləmişik.Lakin Azərbaycanın nümayiş etdirdiyi xoş mərama baxmayaraq,Praqadakı görüşdən demək olar bir həftə sonra Fransa Prezidenti təhqiramiz,qəbulolunmaz,yalan və təxribat xarakterli bəyanatlarla çıxış etdi.Bu bəyanatlar mətbuatda var,hər kəs onları görə bilər.Bu bəyanatlarda o, Azəbaycanı dəhşətli müharibə törətməkdə günahlandırıb,bununla da faktları manipulyasiya edərək,Fransa və dünya ictimaiyyətini çaşdırmağa səy göstərib.
                   
    Prezident İlham Əliyevin səlist və dolğun çıxışı şura üzvləri tərəfindən böyük diqqətə səbəb oldu.Sonra MDB Dövlət Başçıları Şuranın  iclası işini geniş tərkibdə davam etdirdi.Daha sonra sənədlər imzalandı.

                           

    Lətafət  Zeynalova 
                  
    PAYLAŞ:

    Oxşar xəbərlər