Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib və Azərbaycanın bu konfransda iştirakı olduqca əhəmiyyətlidir. Cənab Prezident İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısına dəvətinə və qonaqpərvərliyə görə minnətdarlığını bildirərək, Azərbaycan Qazaxıstanda Prezident Tokayevin rəhbərliyi ilə aparılan siyasi və sosial-iqtisadi islahatları dəstəklədiyini bəyan edib.
Ona görə də Azərbaycan Prezidenti İlham Əliyev Zirvə Toplantısı zamanı çıxışında bir daha bu məsələyə xüsusi toxundu. Erməni vandalizmini yenidən konfrans iştirakçılarının diqqətinə çatdırmaqla Ermənistanın yenə də regional sülhü təhdid etdiyini bildirdi.. Qarabağ münaqişəsinin həll olunmasına baxmayaraq, Ermənistan sərhəddə təxribatlar törətməkdə davam edir, bunlardan sonuncusu isə bu ilin sentyabr ayında törədilib deyə cənab president öz çıxışında bildirdi. Azərbaycan Silahlı Qüvvələri Ermənistanın hərbi təxribatının qarşısını almaq üçün qətiyyətli əks-həmlə əməliyyatına başlamağa məcbur oldu. Bütün bu təxribatlara görə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğal zamanı şəhərlərimiz və kəndlərimiz, mədəni və dini abidələrimiz, məscidlərimiz məqsədli şəkildə dağıdılıb, təhqir və talan edilib. Hətta məscidlərdən heyvan saxlamaq üçün tövlə kimi istifadə olunurdu.
Azərbaycan Prezidenti İlham Əliyevin şəxsi təşəbbüskarlığı nəticəsində artıq Orta Dəhliz logistika xətti reallaşmaqdadır. 2020-ci ildə Ermənistanın 30 illik işğalına son qoymaqla öz ərazi bütövlüyünü bərpa edən Azərbaycan bölgədə yeni siyasi və iqtisadi reallıqlar formalaşdırdı. Artıq Orta Dəhlizin önəmli hissəsini təşkil edəcək Zəngəzur dəhlizinin yaradılması yaxın gələcəyin yeni qlobal layihəsi kimi təqdir olunur..
Prezident İlham Əliyev 6-cı Zirvə Toplantısında çıxışı zamanı Azərbaycan tərəfindən həyata keçirilən genişmiqyaslı nəqliyyat infrastrukturu layihələri ölkəmizi ən mühüm beynəlxalq nəqliyyat və logistika mərkəzlərindən birinə çevrildiyini bildirib. Xüsusilə qeyd etmək lazımdır ki, aparılan uğurlu iqtisadi fəaliyyət nəticəsində 2022-ci ilin ilk doqquz ayı ərzində Azərbaycan ərazisindən keçən tranzit həcmi təxminən 65 faiz artıb.Prezident İlham Əliyevin təşəbbüsləri və rəhbərliyi altında Azərbaycanda bir sıra mühüm nəqliyyat-logistika infrastrukturu yaradılıb və ölkəmiz beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunub. Bir sözlə, Qərblə Şərq arasında əsas körpü rolunu oynayan Azərbaycanın beynəlxalq statusunun möhkəmləndiyinin şahidi oluruq.
2019-cu ildən bəri Azərbaycan üzv ölkələrin yekdil qərarı əsasında dünyada BMT-dən sonra ən böyük beynəlxalq struktur olan Qoşulmama Hərəkatına sədrlik edir. Sədrliyimiz yenə də yekdil qərar əsasında daha bir il, 2023-cü ilin sonuna qədər uzadılıb.
Zirvə Toplantısında həm də regional təhlükəsizlik və əməkdaşlıq məsələləri ilə bağlı Azərbaycan Prezidenti bir sıra ikitərəfli görüşlər keçirib ki, bunların da hər biri milli və regional təhlükəsizliyimizin gələcək strateji arxitekturası baxımından olduqca əhəmiyyətlidir.
Aytən Şükürova,
Dəmirçi kənd ümumi orta məktəbinin direktoru