Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ermənistan silahlı birləşmələri torpaqlarımızı işğal altında saxladığı illərdə də, Vətən müharibəsi dövründə də bu həyati məsələnin öhdəsindən bacarıqla gəldi və minlərlə insanı ölümün caynağından qurtararaq Xilaskar Sərkərdə kimi tarixə düşdü. Uzun illər səbirlə, təmkinlə torpaqlarımızın danışıqlar yolu ilə azad edilməsinə çalışması da məhz Prezident İlham Əliyevin humanistliyinin, uzaqgörənliyinin və insan həyatına verdiyi dəyərin təcəssümüdür. Son illər ölkəmizdə həyata keçirilən islahatlara, dövlətimizin keçdiyi inkişaf mərhələlərinə, Ordumuzda keçirilən təlimlərin sayına və döyüş hazırlığı məşqlərinin intensivliyinə nəzər salsaq, vətandaşlarımızın həyatının xilası naminə görülən bütün bu işlərin nə qədər diqqət, qayğı, zəhmət və vəsait hesabına başa gəldiyini aydın şəkildə görə bilərik.
44-günlük müharibə başlamışdan əvvəl də İrəvan öz çirkin əməllərindən əl çəkməmişdir. Belə ki, xain zərbələri nəticəsində onlarla yüksək rütbəli hərbçimiz həlak olmuşdur. Bunlar artıq bardağı daşıran son damla oldu.
Azərbaycan dövləti bu illər ərzində diplomatik sahədə beynəlxalq aləmdə nüfuz qazandı, Azərbaycanı və Azərbaycan xalqını bütün dünya tanımağa başladı. Nəhayət 27 sentyabr 2021 ci ildə Azərbaycan xalqı öz tarixi torpaqlarını geri qaytarmaq üçün ayağa qalxdı, və bütün dünyaya sübut elədi ki, biz illər ərzində Qarabağ problemini sülh yolu ilə həll etməklə torpaqlarımızı geri qaytarmaq istəsəkdə rəsmi İrəvan “Dəmir yumruq” yeməməyə iştahlıdır.
Vətən müharibəsinin nəticələri, Ermənistanın Azərbaycana qarşı əsassız torpaq iddiaları ilə başlayan münaqişənin şanlı Qələbə ilə başa çatması və 28 illik işğala son qoyulması göstərdi ki, Prezident İlham Əliyevin Ali Baş Komandan kimi qətiyyəti, siyasətçi kimi iradəsi, diplomat kimi müdrikliyi və humanist davranışı ilə torpaqlarımızın işğaldan azad edilməsinə nail olmaqla həm xalqı qalib olmaq arzusuna çatdırdı, həm də minlərlə insanın həyatını xilas etdi.
Vətən müharibəsində Zəfər qazandıqdan sonra Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında həyata keçirilən hərbi əməliyyatlar, Azərbaycan Ordusunun apardığı döyüşlər hərtərəfli təhlil edilir, nəticələri öyrənilir. Biz isə məsələyə başqa prizmadan – bəşəriyyətin ən ali, fundamental dəyəri olan insan həyatının xilas edilməsi prizmasından, humanistlik baxımından yanaşmaq istərdik. İnsan həyatının xilas edilməsindən danışanda ilk olaraq ağxalatlı qəhrəmanlar – hərbi həkimlər göz önünə gəlir. Lakin təcrübə göstərir ki, sərkərdənin bacarıqlı, düşünülmüş addımları, qətiyyəti və siyasi iradəsi, uğurlu diplomatik fəaliyyəti hələ döyüşlər başlamazdan əvvəl minlərlə insanın həyatını xilas etməyə qadirdir.
Qırx dörd günlük Vətən müharibəsində şanlı Zəfərimizdən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyev, eyni zamanda, üç rayonumuzun düşməndən döyüşsüz azad edilməsinə nail olmaqla minlərlə insanın həyatını xilas edən, ölkəsinin vətəndaşlarının həyatının dəyərini hər şeydən uca tutan humanist Xilaskar Sərkərdə kimi də adını tarixə qızıl hərflərlə yazdı və bir sərkərdə olaraq son 200 ilin ən möhtəşəm, ən parlaq Qələbəsinə, şanlı Zəfərə imza atdı. Bu da Azərbaycan xalqının həyatında ən qürurverici və əbədiyyən unudulmayacaq tarixi hadisədir.
Ceyhun Hüseynov,
Masallı RMX, İƏ şöbəsi Masallı şəhəri, N. Nərimanov