Biz artıq 30 ildir ki Dağlıq Qarabağ münaqişəsinin sülh yaxud da hərbi yolla həllini gözləyirdik. Təbii ki,Azərbaycan xalqı və ordusu hər zaman hər iki həll yoluna hazır idi, amma mənfur düşmən hərbi yolu seçdi, və hər addımı ilə , hər çarəsizliyi ilə öz məğlubiyyətini qəbul etməsə də bu göz önündədir. Gəncə də, Mingəçevir də, Ağcabədi də törətdiyi təxribatlar bunu təsdiqləyir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə hərbi sahədə aparılan islahatlar nəticəsində Azərbaycan ordusu Cənubi Qafqazın ən qüdrətli ordusuna çevrilmişdir. Azərbaycan ordusu Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün işğalçı Ermənistan ordusunu məğlub etmək gücündədir! İşğalçı Ermənistan cəbhədə məğlubiyyətə uğraması səbəbindən özünün köhnə metodlarına, terrora əl atmağa başlayıb. Düşmən ölkənin hərbi-siyasi rəhbərliyinin göstərişi ilə Azərbaycanın mülki insanları atəşə tutulur ki, bununla da Ermənistan terrorçu mahiyyətini bir daha ortaya qoyur. Ermənistan silahlı qüvvələri rayonlarımızın ərazilərini atəşə tutur, sivil insanlara qarşı törədilən terror aktı bunun bariz nümunəsidir. Terror təşkilatları ilə əməkdaşlıq edən Ermənistan cəbhədə qəhrəman Azərbaycan Ordusu qarşısında böyük məğlubiyyətə uğrayan kimi, əvvəlcə "qara piar"a əl atdı. Hər şeyin yalan olduğu çox qısa müddətdə ortaya çıxdı. İndi də barbarlıqla günahsız mülki əhalinin yaşadığı bölgələri hədəf seçirlər. Ermənistan bu şəkildə müharibə cinayəti törədir. Bunu hamı bilməlidir. Düşmən tərəfi bu münaqişəyə əlavə güclərin ,dövlətlərin qatılmasında maraqlıdır və bunu etmək üçün çox səy göstərir ancaq nəticəsi yoxdur.Prezident İlham Əliyev Moskvadakı danışıqlardan sonra ermənistanın bizə qarşı etdiklərinin nəticəsi olaraq onlara verilən sonuncu şansını itirdiyini bildirdi .Bizim bu ədalətli mübarizəmiz də bizə böyük dəstək olan ölkələr haqqın tərəfində olduğunu bütün dünyaya göstərdi.Biz bu çətin vəziyyətdə dost və düşmənimiz daha yaxşı seçə bildik və bizə dəstək olan bütün ölkələrlə gələcəkdə əlaqələrimiz daha da möhkəmlənəcəkdir.
Səməd Zeynallı,
Masallı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı