Bakı-Qazax avtomagistralında suyun çəkilməsi işi sona çatdırılıb

Bakı-Qazax avtomagistralında suyun çəkilməsi işi sona çatdırılıb
  • Cəmiyyət

  • Məlumat verildiyi kimi, Kür-Bakı magistral su kəmərinin Qaradağ rayonundan keçən hissəsində baş vermiş qəza nəticəsində ətraf ərazilərdə baş vermiş subasmanın aradan qaldırılması istiqamətində Fövqəladə Hallar Nazirliyi tərəfindən müvafiq tədbirlərin görülməsi təmin olunub.

    Nazirlikdən LEQAL.AZ-a verilən məlumata görə, belə ki, FHN-in qüvvələri tərəfindən Bakı-Qazax avtomagistralı boyu su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması işi ötən gecə saatlarında sona çatdırılıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər