Oktyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qırğızıstan Respublikasına rəsmi səfəri baş tutub.Bildyimiz kimi Azərbaycanla Qırğızıstan arasında diplomatik əlaqələr 1993-cü ildə qurulub. İki ölkə arasında münasibətlərin genişlənməsində Azərbaycanın ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olmuşdur. Buna görə də dövlət başçısının Qırğızıstan səfəri iki ölkənin münasibətlər baxımından daha da vacibdir.
Qeyd etmək lazımdır ki, rəsmi Bakının Qırğızıstana diqqət ayırması heç də təsadüfi deyil. Çünki Qırğızıstan Türk Dövlətləri Təşkilatının bir üzvüdür. İndiki həssas məqamda da Mərkəzi Asiya və regionun türk ölkələri böyük güclərin marağındadır. Baş verən siyasi proseslərə görə də Türk Dövlətləri Təşkilatının kövrək dönəmdə olduğunu deyə bilərik.
Buna görə də Prezidentin Qırğızıstana səfərini Türk Dövlətləri Təşkilatının inkişafına yönələn addım kimi qiymətləndirə bilərik.Hal-hazırda Qırğızıstan-Azərbaycan İnkişaf Fondunun yaradılması barədə qərar mühüm əhəmiyyətə malikdir. Bu Fond inkişafa, investisiyaların cəlb edilməsi işinə, iş yerlərinin yaradılmasına və ticari-iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi üçün daha çox ilkin şərtlərin formalaşdırılmasına xidmət edəcək.
Qırğızıstanla Azərbaycan arasında yarım il öncə imzalanmış strateji tərəfdaşlıq haqqında Bəyannamə münasibətləri keyfiyyətcə yeni səviyyəyə çıxardı. Yəni yarım il bundan əvvəl müəyyən edilənlərin çoxu artıq real siyasət sahəsinə transformasiya olunur.
Anar Məmmədov,
Masallı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı