Prezident İlham Əliyevin cari ilin 11 oktyabr tarixində Qırğızıstan səfəri

Prezident İlham Əliyevin cari ilin 11 oktyabr tarixində Qırğızıstan səfəri
  • Cəmiyyət

  •   
    Azərbaycan dövlətinin xarici syasətdə başlıca prioriteti dostluq və əməkdaşlıq münasibətləri və sair mənəvi dəyərlərə söykənən humanizm prinsipləridir.
    Toplantıda dövlətimizin başçısı İlham Əliyev də çıxış etmişdir.  Prezident İlham Əliyev Qırğızıstana səfəri çərçivəsində öz  çıxışında mühüm məsələlər toxunmuş, ölkəmizdə gedən inkişaf və quruculuq işlərindən bəhs  etmişdir.   
                
    Prezident İlham Əliyev iqtisadi sahələrdə nəzərdə tutulan əməkdaşlığı xüsusi vurğuladı. Bundan başqa, hər bir ölkə üçün, xüsusən bizim ölkələr üçün prioritet əhəmiyyət kəsb edir. Bizim yerləşdiyimiz regionlar təhlükəsizliyin və müdafiə qabiliyyətinin möhkəmlənməsi məsələlərinə gündəlik diqqət tələb edir. Buna görə də bu gün razılığa gəldiyimiz məsələlər yerinə yetiriləcək. Biz təcrübə mübadiləsi, hərbi-texniki sahədə, müdafiə istiqamətli təhsil sahəsində əməkdaşlıq üzrə fəal əlaqə saxlayacaq, həmçinin təhlükəsizliyimizi qarşılıqlı möhkəmlədəcək addımlarımızı planlaşdıracağıq.
                 
    Azərbaycan respublikası artıq dünya miqyasında bir çox sahələr üzrə öz sözünü demiş, hesablaşılan bir dövlətə çevrilmişdir. Dövlətimiz hər gün daha da çiçəklənir gözəlləşir, bütün dünyaya güclü bir dövlət olduğunu laiqincə isbat edir. Azərbaycan xalqı humanist və səbrli olduğu qədər qətiyyətli və dönməzdir. Hər şeyin bir sonu olduğu kimi, xalqın da səbrinin sonu gəldi və dövlətimiz 44 günlük müharibə ilə bütün dünyaya Azərbaycan xalqının necə qəhrəman xalq, necə mübariz xalq olduğunu sübut etdi.
                   
    Mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında zəngin əməkdaşlıq ənənələri olan Azərbaycan bu formatda tədbirlərin keçirilməsi üçün ideal yerdir. Forumun keçirilməsi haqqında qərar 2010-cu ilin yanvarında Bakıda təşkil olunmuş Humanitar Əməkdaşlıq üzrə birinci Azərbaycan-Rusiya Forumunda qəbul edilmişdir.

    Bu gün Bakıda siyasi, iqtisadi, enerji məsələləri ilə yanaşı, humanitar məsələlər də yüksək səviyyədə müzakirə edilir. Qeyd etməliyəm ki, Azərbaycanda son illər ərzində müxtəlif mövzularla bağlı mötəbər beynəlxalq tədbirlər, sammitlər, beynəlxalq konfranslar keçirilir. Bakı bir növ beynəlxalq əməkdaşlığın mərkəzlərindən birinə çevrilmişdir. Bu il Cənubi Qafqazda və Mərkəzi Asiyada ilk dəfə olaraq Bakıda Davos Ümumdünya İqtisadi Forumu, Madrid Klubunun toplantısı keçirilmişdir. Artıq iki dəfə Mədəniyyətlərarası Dialoq Forumu keçirilmişdir. Bakı Beynəlxalq Humanitar Forumunun da bu sırada öz yeri vardır. Əminəm ki, Forum çərçivəsində aparılacaq diskussiyalar, fikir mübadiləsi beynəlxalq humanitar əməkdaşlığa öz töhfəsini verəcəkdir.
                 
    Bütün sadaladıqlarımız ölkəmizin inkişafının, dünya miqyasında tanınmasının və söz sahibi olduğunun göstəriciləridir.

     
    Ceyhun Hüseynov,
    Masallı MRX İƏ söbəsinin mütəxəssisi
    Masallı şəhəri.
    PAYLAŞ:

    Oxşar xəbərlər