İkinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən döyüşən muzdlu şəxslər içərsində Rusiya, Gürcüstan, İran vətəndaşları var.
LEQAL.AZ-ın məlumatına görə, bunu Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi, kiçik ədliyyə müşaviri İlqar Səfərov Ermənistanın 2020-ci il oktyabrın 11-də Gəncədə törətdiyi terrorun 2-ci ildönümü ilə bağlı keçirilən dəyirmi masada çıxış edərkən deyib.
O qeyd edib ki, onların müəyyən bir qismi axtarışa verilib.
“Hər bir halda onlar Azərbaycan qanunları ilə cinayətə cəlb ediləcəklər”, -deyə o əlavə edib.