Bizim əsas məqsədimiz işğaldan azad edilmiş ərazilərin bərpasıdır

Bizim əsas məqsədimiz işğaldan azad edilmiş ərazilərin   bərpasıdır
  • Cəmiyyət

  • Cari ilin oktyabrın 5-də Ağdamda "Dayanıqlı İnkişaf Məqsədləri" və "Yeni Şəhər Gündəliyi" – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi" mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumu keçirilib.  Azərbaycan Prezidenti cənab İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Forumun açılış mərasimində iştirak ediblər.Forum Ağdamda öz işinə başlayıb. Azərbaycan ilə BMT-nin Yaşayış Məskənləri Proqramı UN-HABITAT arasında sıx əməkdaşlığın nəticəsində gerçəkləşən tədbirdə 44 xarici ölkədən olan 130-dan çox nümayəndə heyətinin və  çoxsaylı qonaqların iştirakı şəhərsalma sahəsində də Azərbaycana böyük marağın olduğunu göstərir.
               
    Prezident İlham Əliyev  Forumun açılış mərasimində işğaldan azad edilmiş ərazilərə gələn hər kəsin Ermənistanın işğal və təcavüzünün nəticələrini gördüyünü vurğulayaraq bildirmişdir:  "İkinci Qarabağ müharibəsi başa çatandan bəri minlərlə əcnəbi qonaq, jurnalist, siyasətçi, vətəndaş cəmiyyəti nümayəndələri azad olunmuş ərazilərə gələrək bunu öz gözləri ilə görüblər. Erməni barbarlığı və vandalizminin miqyası faktiki olaraq o qədər böyükdür ki, Azərbaycanın bu hissəsinə gələn bir çox insanlar özlərini mənəvi cəhətdən tamamilə tükənmiş hiss edirlər. Ərazilər işğaldan azad edildikdən sonra xarici ekspertlər, jurnalistlər buraya gəldilər və Ağdama bir neçə ad verdilər." Azad olunmuş ərazilərimizdə ermənilər tərəfindən törədilən cinayətlərin, dağıntıların sayı-hesabı sonsuzdur. Lakin bütün bu xarablığa çevrilmiş ərazilər içərisində Ağdam daha çox ürək ağrıdır. Regionun mərkəzi olan Ağdam şəhəri xarabalığa çevilib. Ağdama çoxsaylı səfərlər edən xarici diplomatlar, səyyahlar və digər qonaqlar buranı "ruhlar şəhəri", "Qafqazın Xirosiması" adlandırdılar. Bu da təsadüfi deyildi, çünki Ağdamda daş daş üstündə qalmayıb, ermənilər hətta xaraba qoyduqları şəhərin daşlarını da oğurlayıb satıblar. Ölkə başçımız daha sonra demişdir:  “Hazırda bizim əsas məqsədimiz işğaldan azad edilmiş ərazilərin bərpasıdır.

    Azərbaycan heç kimdən yardım almadan öz gücü, öz vəsaiti hesabına erməni vəhşiliyinə məruz qalmış ərazilərimizi bərpa edir, yenidən qurur.” 30 ilə yaxın dövrdə erməni vandalizminə məruz qalaraq xarabalığa çevrilmiş Ağdam özünün yeni dövrünə qədəm qoyur. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Ordumuzun düşmən üzərində qazandığı şanlı Qələbə nəticəsində azad olunmuş Ağdamın yenidən çiçəkləndiyi günlər başlayır.
             
    Biz daim ölkə rəhbərimizin arxasındayıq və onun ətrafında  “dəmir yumruq”  kimi birləşmişik.

                 


    Məhbubə Şahbazova, 
    Bədəlan kənd tam orta məktəbinin müəllimi

    PAYLAŞ:

    Oxşar xəbərlər