Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması

Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması
  • Cəmiyyət

  • Hazırda Qarabağ və ətraf rayonlarda bərpa-quruculuq işləri plan üzrə aparılır. Artıq yaşayış binalarının inşası sürətlə icra edilir. Ağalı kəndi məskunlaşdırılır, yeni yaradılacaq yaşayış sahələrinin yerləri müəyyənləşdirilir.Həmçinin tarixi abidələrin bərpası hazırlanan cədvəl üzrə həyata keçirilir. Bir sözlə, qarşıya qoyulan əsas vəzifə Qarabağ və Şərqi Zəngəzuru dünyanın ən abad, ən gözəl bölgələrindən birinə çevirməkdir. Prezident İlham Əliyev müşavirədə bununla bağlı deyib:
               
    Zəngilan rayonu bu sahədə birinci rayondur ki, artıq keçmiş məcburi köçkünlər yaxın gələcəkdə oraya qayıdacaqlar. Bildiyiniz kimi, birinci pilot layihə Zəngilanın Ağalı kəndində həyata keçirilir. Ağalı kəndi faktiki olaraq yenidən qurulur, böyük və rahat kəndə çevriləcəkdir.
                 
    Prezident İlham Əliyevin Göygöl, Kəlbəcər və Laçın rayonlarına səfər etməsi, həyata keçirilən işlərlə tanış olması Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması istiqamətində atılan addımların yeni mərhələyə qədəm qoymasından xəbər verir.
                 
    Səfər bir daha sübut edir ki, dövlətimiz qısa zaman kəsiyində işğaldan azad edilmiş ərazilərimizin bərpası, kommunikasiya sistemlərinin yenidən qurulması və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının sürətlənməsi üçün əzmkarlıqla çalışır. Artıq qısa zamanda bir sıra iri layihələrin icrası başa çatdırılıb. Zəfər yolunun salınması, Füzuli Beynəlxalq Hava Limanının inşası azad olunmuş ərazilərin bərpası istiqamətində güclü siyasi iradənin olduğunu nümayiş etdirir. Həm də belə layihələr yetərli maliyyə imkanlarından xəbər verir.
                 
    Qara¬bağ və Şərqi Zəngəzurda su, günəş, külək enerjisindən istifadə edilməsi üçün lazımi şərait oldu¬ğundan alternativ və bərpaolunan enerji mənbələrindən istifadəyə xüsusi önəm verilir. Bütün bu tədbirlər Prezi¬dent İlham Əliyevin rəhbərliyi ilə region üçün çox böyük strateji əhəmiyyətə malik olacaq Zəngəzur dəhlizinin gerçəkləşdirilməsini şərtləndirir. Bu dəhlizin reallaşdırılması dünya, eləcə də region ölkələri üçün mühüm önəm daşıyır. Əlverişli coğrafi mövqeyə, zəngin enerji ehtiyatlarına malik Azərbaycan bu gün dünyada qlobal əhəmiyyətli layihələrin müəllifi kimi tanınır.              
    Dövlət başçısının səfəri işğaldan azad edilmiş ərazilərdə yenidənqurma işlərinin aparılması, eləcə də ordumuzun möhkəmlənməsi üçün lazımi infrastruklturun yaradılması əslində Ermənistana bir mesajdır. Azərbaycan istənilən təxribatın qarşısını vaxtında alacaq.




    Fazil Şəvəqqətov,       
    Masallı Rayonu Mololon Kənd Ümumi Orta Məktəbin Tarix müəllimi

    PAYLAŞ:

    Oxşar xəbərlər