Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması

Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması
  • Cəmiyyət

  • Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Zəngilan rayonuna səfəri zamanı işğaldan azad edilmiş digər rayonlar kimi Zəngilanın da məskunlaşmasının tezliklə başlayacağını, burada yeni, müasir infrastruktur qurulacağını, ekoloji təmiz bölgə yaradılacağını, innovativ iqtisadiyyat yaradılacağını bəyan edib.Müharibədən keçən 2 il ərzində ərazinin minalardan təmizlənməsi işləri sürətlənib, işıq su, qaz xətlərinin, avtomobil və dəmiryolunun çəkilməsi işləri sürətlə davam edir.
                 
    44 günlük müharibədə qələbə qazanaraq öz ərazi bütövlüyünün və tarixi ədalətin bərpasına nail olan Azərbaycan regionda yeni geostrateji reallıqlar yaradıb. Bu gerçəkliklər bölgədə inteqrasiya və çoxtərəfli əməkdaşlıq mühitinin formalaşmasına xidmət edir. Ərazidəki şəhər və kəndlərə elektrik, qaz, su, telefon, internet xətlərinin çəkilməsi, aqrar sahədə məhsul yığımının təşkili və bu kimi işlər göstərir ki, tezliklə bu ərazidə böyük canlanma yaranacaq.Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının tezliklə ölkəmizin ən inkişaf etmiş regonlarına çevriləcəyinə şübhə yoxdur. Bunun üçün həm təbii-coğrafi, həm insan resursu, həm iqtisadi-maliyyə imkanları yetərincədir.

    Zəngəzur Dəhlizinin açılması təkcə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üçün deyil, bütün ölkəmiz üçün xeyli dividentlər verəcək. Türkiyə və Avropaya daha qısa yol əldə ediləcək, bu dəhlizin Böyük İpək Yoluna qoşulması ilə ölkəmiz tranzitdən xeyli gərli əldə edəcək, xarici ölkələrlə ticarət imkanları daha da artacaq.Respublikamız dünyanın sosial və iqtisadi cəhətdən ən inkişaf etmiş ölkələrindən birinə çevriləcək.Bu o deməkdir ki, artıq Azərbaycanın dünyanın inkişaf etmiş qüdrətli dövlətlərindən birinə çevrilməsi üçün qarşıda heç bir problem qalmayıb.
                 
    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sözləri ilə desək, artıq müharibə qələbə ilə bitib və indi qarşımızda böyük quruculuq işləri durur. Dövlət başçısı bununla bağlı öz qəti siyasi iradəsini ortaya qoyub və Azərbaycan ardıcıl olaraq bu hədəfə doğru irəliləyir. Tarix və təcrübə göstərdi ki, Prezidentimiz cənab İlham Əliyev verdiyi sözlərin hamısını yerinə yetirir. Şübhə yoxdur ki, bu deyilənlərin də reallaşması tezliklə baş tutacaq.



    Fərid  Hüseynov,             
    “Masallı Gənclər Evi” SXM-nin dərnək rəhbəri
    Masallı rayon Sığıncaq kəndi

     
    PAYLAŞ:

    Oxşar xəbərlər