Prezident İlham Əliyevin Praqa görüşdə diplomatik qələbəsi

Prezident İlham Əliyevin Praqa görüşdə diplomatik qələbəsi
  • Cəmiyyət

  • 6 oktysbr 2022-ci il tarixdə Rraqa şəhərində böyük  və tarixi görüş keçirildi.Bu  görüş bizim prezidentimizin möhtəşəm siyasi qələbəsi oldu.Baxmayaraq ki,bu görüşdə ermənilərin guya tərəfdarı olan Makron da iştirak edirdi,yüksək savada  və təcrübəyə,siyasi ustalığa malik olan cənab prezidentimiz İlham Əliyev Paşinyanı rəzil vəziyyətə saldı.Onu razılaşmağa məcbur etdi.Paşinyan bu görüşdə başqa çıxış yolunun olmadığını yaxşı bilirdi.Çünki onun siyasəti müstəqil deyil, özünün belə idarə olunduğu siyasətdir.Bu baxımdan o,  İlham Əliyevin onun qarşısına qoyduğu faktlarla üzbəüz qalaraq daha aciz duruma düşürdü.Onun  nə qədər aciz və çarəsiz olduğunu görüş əsnssında çəkilmiş maraqlı fotolardan da görmək o qədər də çətin deyil.

    Avropa ittifaqı Şurasının prezidenti Şarl Mişel  Azərbaycan- Ermənistan münasibətlərinin nomallaşmasında çox maraqlıdır.Çünki bu gün yüksək enerji ehtiyatları olan Azərbaycan avropa üçün çox əhəmiyyətlidir.Bu baxımdan İlham Əliyevin atdığı addımlar ölkəmizin avropa məkanında nüfuzunu gün -gündən artırır.

    Praqa görüşü də bu baxımdan çox əhəmiyyətli oldu.Görüşdə İlham Əliyev Paşinyanı rəsmən məcbur edib ki, Azərbaycan tərəfinin şərtlərini qəbul etsin.Digər yandan da qəbul etməməsi üçün başqa yolunun olmadığını Paşinyan yaxşı anlayırdı. Başqa çıxış yolu olmadığından şərtlərlə razılamaması mümkünsüz idi. Məsələyə bu yandan baxanda görürük ki, Azərbaycan 44 günlük müharibədə necə qələbə çalmışdısa Praqa görüşündə də diplomatik müstəvidə zəfər çaldı. Bu siyasi qələbə prezidentimiz İlham Əliyevin yüksək siyasi iradəsi hesabına ümumilikdə Azərbaycan dövlətinin möhtəşəm diplomatik  zəfəridir.  Bu bir daha dövlətimizin hərbi sahədə olduğu kimi siyasi müstəvidə də güc sahibi olduğunu nümayiş etdirirr.

    Bu görüş Azərbaycanla Ermənistsan arasında sülh sazişinin bağlanması üçün böyük zəmin yaradır.

    Bu gün artıq Ermənistan dövləti anlamalıdır ki, Azərbaycanla razılaşmadan heç bir inkişafa nail ola bilməyəcək. Bu baxımdan Paşinyanın Praqa görüşündə bəzi məsələrdə konkret mövqe ortaya qoya bilməməsi Ermənistanın regionda inkişafdan geridə qalcağını gündəmə gətirir.

    İqtisadi inkişaf güc deməkdir.Paşinyan  bunu anlamadığından həm siyasi, həm də hərbi platformada məğlub duruma düşmüşdür.

    Naxçıvana avtomobil yolunun verilməsi məsələsində Paşinyan qərar verə bilməyib. Çünki bunun onlar üçün nə qədər əhəmiyyətli olduğunu Paşinyan anlaya bilmir.

    Cənab prezident bu məsələni çox gözəl anlayır və qiymətlənirir.Bu baxımdan cənab  prezident İlham Əliyev mediyaya məlumat verərkən qeyd edib ki, biz  bölgədə bütün kommunikasiyaların açılmasında maraqlıyıq. Xüsusilə Naxçıvana olan dəmir yolu və avtomobil yolunun açılması həm Azərbaycan, həm Ermənistan üçün iqtisadi cəhətdən çox faydalı ola bilər. Lakin Ermənistanın və xüsusilə Paşinyanın bu məsədə müstəüil siyasi iradə ortaya qoya bilməməsi başa düşüləndir.Çünki Paşinyan bu məsələdə müstəqil deyil, kimlərinsə mövqeyini nümayiş etdirir.Paşinyanın verəcəyi qərar onu himayə edənlərin ürəyincə olmasa heç də Paşinyan üçün yaxşı olmaz. Bu baxımdan erməni baş nazirin müstəqil söz sahibi olmadığının, kimlərinsə diktəsini yerinə yetirdiyinn i bir daha şahidi oluruq. Yəqin ki,  Ermənistan bu  məsələni daha dərindən ölçüb -biçərək doğru qərarı verməyə nməcbur olacaq.Çünki Ermənistanın bəzi məsələrdə qeyri -ixtiyari susqunluğu onlar üçün yaxşı nəsə vəd etmir.Bu baxımdan Ermənistanın nə qədər tab gətirəcəyi müstəqil siyasi iradə ortaya qoymasından asılıdır.

    Bu görüşdə Türkiyə prezidenti Cənab Tayib Ərdoğanın öz qardaşının yanında olması çox qürurvericidir.Bu da Türkiyə və  Azərbaycan münasibətlərinkn nə qədər möhkəm olduğunu bir daha ortaya qoyur.Sözsüz ki, bu nə Paşinyanın və onun ölkəsinin, nə də onlrarı himayə edənlərin ürəyincə deyil.Qardaş Türkiyə dövləti və cənab Ərdoğan həmişə Ermənistanı sülhə və sabitliyə çağırıb.

    Bu gün də öz sülsevər missiyasını layiqinvə yerinə yetirir. Ermənistan öz xalqının rifahı və xoşbəxt gələcəyini düşünürsə bugünkü reallıqları qəbul etməyə məcburdur. Vəziyyəti düzgün qiymətləndirərək doğru qərarlar verərsə bu Ermənistanın xilası olar və biz yaxın zamanlarda sülh sazişinin şahidi ola bilərik.Ermənistan yenə prosesi müxtəlif  bəhanələrlə uzadaraq mənasız fikirlər irəli sürdükcə sülh sazişinin yenə uzanacağı və bunun da Ermənistan dövləti və onun əhalisi üçün yeni iqtisadi problemlərin yaradacağı qaçılmaz olacaqdır.Siyasi gərginliyin artması da  kommunikasiya  blokadasında olan Ermənistanda daha qlobal problemlərin üzə çıxacağına səbəb olacaq.

     
    Vəkil Məmmədov,
    Masallı rayon Təkdam kənd ümumi orta məktəbinin direktoru    


    PAYLAŞ:

    Oxşar xəbərlər