2020-ci il 4 oktyabr tarixində Cəbrayıl rayonunun işğaldan azad olunması ilə əlaqədar

2020-ci il 4 oktyabr tarixində Cəbrayıl rayonunun işğaldan azad olunması ilə əlaqədar
  • Cəmiyyət

  • 1993-cü ilin avqust ayı Azərbaycan xalqı üçün faciə ilə başladı. Ağdərə və Ağdamdan sonra növbəti hücum hədəfi Cəbrayıl rayonu oldu. Erməni Silahlı Qüvvələri Azərbaycanın qədim torpaqlarını bir-bir işğal etməyə başladı. Erməni vandalları düz 27 il bizim qədim ata- baba diyarımız olan Cəbrayıl rayonunda at oynatdılar, torpağımızı, sərvətimizi çapıb taladılar. Bacardıqları qədər bizdən mədəniyyətimizi, keçmişimizi oğurlamağa çalışdılar, amma atalar yaxşı deyib, "Özgə atına minən tez düşər" termini sanki mənfur, işğalçı erməni xalqı üçün deyilibmiş. Nəhayət,  Azərbaycan xalqının səbri tükəndi. 
                 
    2020-ci ilin 27 sentyabrında Ali Baş Komandan İlham Əliyevin xalqa müraciəti ilə bütün Azərbaycan xalqı Cənab Prezidentin səsinə səs verdi. Elə bil Azərbaycan xalqı bu günü gözləyirdi. Bəli, 2-ci Qarabağ Müharibəsi başladı. Azərbaycan xalqı könüllü olaraq ordu sıralarına yollandı. Dövlətlə xalqın birliyi "Dəmir Yumruq" əməliyyatı altında birləşdi. Azərbaycan xalqı öz arzusuna çatdı. Oktyabrın 4-də ilk Azərbaycan şəhəri Cəbrayıl rayonu işğaldan azad edildi. Ardınca 80 kənd də mənfur düşməndən geri alındı. Məhz noyabr ayının 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xanımı Mehriban Əliyeva ilə birlikdə Cəbrayıl rayonuna ilk səfər etdi.
               
    Hazırda Cəbrayıl rayonunda bərpa və quruculuq işləri gedir. “Araz Vadisi İqtisadi Zonası”nın yaradılması bütün regionun, o cümlədən Cəbrayıl rayonunun inkişafı üçün önəmli hadisədir. 200 hektarı əhatə edən böyük bir layihə artıq icra olunmaqdadır və ilkin maliyyə vəsaiti də ayrılıb.
               
    Budur Azərbaycan xalqının əzmi, şücaəti, gücü. Ordumuz 3 minə yaxın şəhid verdi. Yüzlərlə hərbiçimiz itkin düşmüş, saysız hesabsız əsgər və zabitlərimiz yaralanmışdır. Qayıdan torpaqların qayıtmayan oğullarının şərəfinə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Cəbrayılın azad olunmasına görə" medalını təsis etdi.
              


    Gülnar Ağayeva,
    Masallı rayon Dəlləkoba kəndi 
    PAYLAŞ:

    Oxşar xəbərlər