2020 –ci il oktyabrın 4-də işğaldan azad olunan Cəbrayıl şəhəri 1993-cü il avqustun 23-də erməni ordusu tərəfindən işğal edilmişdir.İşğal zamanı şəhərlə yanaşı,dörd qəsəbə və 97 kənd də erməni işğalına məruz qalmışdır.İşğal nəticəsində köçkün düşən cəbrayıllılar çadır düşərgələrində,yük vaqonlarında ,yataqxanalarda yaşamağa məcbur olmuşlar.
27 il Cəbrayıl düşmən tapdağında olmuşdur.Ali Baş Komandan İlham Əliyevin əmri ilə düşmən təxribatlarına cavab olaraq 2020 –ci il sentyabrın 27-də əks-hücum başladı.Əli silah tutan hər kəs Vətənin müdafiəsinə qalxdı.Artıq müharibənin ilk günündən Azərbaycan ordusu öz sözünü deməyə başladı.2020-ci il oktyabrın 4-də Cəbrayıl şəhəri düşmən tapdağından azad olundu.Üçrəngli Azərbaycan bayrağı Cəbrayılda dalgalanmağa başladı.Cəbrayıl Vətən Müharibəsində azad edilən ilk şəhər oldu.
Bildiyimiz kimi Ermənistan-Azərbaycan , Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllı məsələsində bir çoc beynəlxalq təşkilatlar maraqlı olsalar da, lakin heç bir nəticəəldə olunmamışdır. ATƏT-in Minsk qrupunun həmsədrləri,beynəlxalq təşkilatlar öz üzərlərinə düşən vəzifəni yerinə yetirmədilər.BMT TəhlükəsizlikŞurasının qətnamələrinə əməl olunmadı.Nəhayət,bütün təxribatların qarşısını almaq üçün Müzəffər Ali Baş Komandan,Prezident İlham Əliyevin mühüm hərbi-siyasi addımlarıişğal altında olan torpaqlarımızın işğaldan azad olunmasına səbəb oldu.
Azərbaycan öz problemini özü döyüş meydanında həll etməyi bacardı.Uzun illər davam edən işğala 44 gün ərzində son qoyulduş. Xalqımız birlik nümayiş etdirdi,hər zaman dövlətinin yanında oldu.Bu birlikdən güc alan ordumuz işğalda olan torpaqlarımızıazad etməklə xalqımıza qürur hissi yaşatdı. Haqq öz yerini tapdı.
Cəbrayılın azad olunması Azərbaycan ordusunun möhtəşəm qələbəsidir.
Prezident İlham Əliyevin 2020-ci il noyabrın 26-da Cəbrayılın azad olunmasına görə medalıni təsis etdi. Bu medal Cəbrayılın azad olunması uğrunda döyüşlərdə qəhrəmanlıq göstərmiş 22744 hərbi qulluqçuyq verildi.
Cəbrayılın, ümumən Vətən Müharibəsində torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman oğullarımızın əziz ruhu qarşısında baş əyirik.
Ş.Xəlılova,
S.Xəlilov adına Qızılağac kənd 1 saylı tam orta məktəbin müəllimi