Ötən ay 464 hektardan çox ərazi minadan təmizlənib

Ötən ay 464 hektardan çox ərazi minadan təmizlənib
  • Cəmiyyət

  • ANAMA işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatlar barədə həftəlik statistik məlumatları açıqlayıb.

    ANAMA-dan LEQAL.AZ-a verilən məlumata görə, sentyabrın 1-dən 30-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 1695, tank əleyhinə 747 mina və 1363 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

    Nəticədə 464.06 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
    PAYLAŞ:

    Oxşar xəbərlər