Şəhid ailələri və müharibə əlilləri dövlətimizin diqqət mərkəzindədir

Şəhid ailələri və müharibə əlilləri dövlətimizin diqqət mərkəzindədir
  • Cəmiyyət

  • 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz düşməni acı məğlubiyyətə uğradaraq, torpaqlarımızdan qovub çıxardı. “Dəmir yumruqla” başı əzilən düşmən Azərbaycan əsgəri qarşısında diz çökdü və kapitulyasiya aktını imzalamağa məcbur oldu. Vətən müharibəsində parlaq qələbə, təbii ki, qəhrəman şəhid və qazilərimizin canı-qanı bahasına əldə edildi. Elə buna görə də postmüharibə dövrü başlanan kimi, müharibə əlilləri və şəhid ailələrinə dəstək layihələrinə start verildi.

    Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsi nəticəsində igid oğullarımız qəhrəmancasına canından keçərək, şəhidlik zirvəsinə ucaldı.

    Bir çox igidlərimiz isə müharibə zamanı əlil oldular. 

    Müharibədə həyatını itirmiş və əlil olmuş şəxslərin ailə üzvlərinin sosial təminatı dövlətimiz tərəfindən layiqincə qiymətləndirilir. 

    Post müharibə dövründə Cənab Prezidentimiz İlham Əliyevin göstərişi ilə bir çox sosial dəstək tədbirləri həyata keçirilib. 

    Müharibə dövründə təqribən 100 min şəxsə 190 min xidmət göstərilib. 93 min nəfərə sosial ödənişlər ödənilib. 

    Eyni zamanda, şəhid ailələrinə və müharibə əlillərinə 3850 mənzil verilib. 

    Mənzillərin verilməsi şəhid ailələrinin və müharibə əlillərinin həyat şəraitinin yaxşılaşdırılmasına xidmət edir.

    Eyni zamanda, bu şəxslərin sosial təminatının yaxşılaşdırılması üçün müvafiq işlər görülür. 

    Dövlət başçısının müvafiq sərəncamına uyğun olaraq, 2021-2025-ci illərdə daha 11 min mənzilin və fərdi evlərin verilməsi nəzərdə tutulur. 

    İkinci Qarabağ müharibəsi qəhrəmanlarının sosial müdafiəsi üçün sosial təminat sistemində yeni təqaüd növü kimi 2 min manat məbləğində

    Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü təsis olunub.

    Prezidentimiz İlham Əliyevin apardığı sosialyönümlü siyasət bir daha sübut edir ki, dövlətimiz şəhid ailələrini və müharibə əlillərini daim öz nəzarətində saxlayır.

    Bu yönümdə sosial təminatın yaxşılaşdırılması üçün müəyyən işlər görülür. 

    Onu da qeyd edim ki, dövlətimiz şəhid ailələrinin və müharibə əlillərinin sosial durumunun yaxşılaşdırılması üçün ardıcıl tədbirlər həyata keçirir. 

    Bu gün Azərbaycan xalqı Ali Baş Komandanımız İlham Əliyevin ətrafında bir yumruq kimi sıx birləşərək, birgə gələcəyə addımlayır.

    Gələcək isə Azərbaycanın qüdrətli dövlət olmasından xəbər verir. 

    Ramazan Bağırov,
    Politoloq
    PAYLAŞ:

    Oxşar xəbərlər