Energetika naziri Pərviz Şahbazov sentyabrın 28-də Qazaxıstanın Almatı
şəhərində keçiriləcək Türk Dövlətləri Təşkilatı (TDT) enerji nazirlərinin 2-ci iclasında
iştirak edəcək.
Tədbirdə təşkilat çərcivəsində neft-qaz, neft-kimya, bərpa olunan və ağıllı
enerji, enerji səmərəliliyi sahələrində əməkdaşlıq, yaşıl enerji keçidi, dayanıqlı
enerjinin inkişafı üzrə müzakirələr aparılacaq.
İclasda nazir Pərviz Şahbazovun çıxışı və ikitərəfli görüşlərin keçirilməsi
nəzərdə tutulur.