27 sentyabr 2022-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq
klubunun akt zalında Anım Gününə həsr edilən tədbir keçirilib. Tədbirdə
klubun rəisi polkovnik Füzuli Musayev və klubun şəxsi heyəti iştirak ediblər.
Əvvəlcə, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş bütün
şəhidlərimizin əziz xatirəsi böyük ehtiramla bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra İkinci Qarabağ müharibəsindən bəhs edən sənədli film nümayiş
etdirilib.
Tədbirdə çıxış edən FHN İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli
Musayev Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham
Əliyevin müdrik rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu tərəfindən düşmənin
30 illik işğalından azad edilmiş doğma torpaqlarımızda bu gün müqəddəs
bayrağımızın dalğalanmasının hər birimiz üçün qürurverici olduğunu bildirib.
O, qeyd edib ki, Vətən müharibəsi Azərbaycanın qüdrətini dünyaya bir daha
nümayiş etdirib. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin uzaqgörən
və qətiyyətli siyasi fəaliyyəti, xalqımızın sarsılmaz həmrəyliyi və rəşadətli
Ordumuzun gücü sayəsində 44 gün davam edən “Dəmir yumruq” hərbi
əməliyyatı Azərbaycanın parlaq Qələbəsi ilə başa çatıb.
Azərbaycan xalqı Vətən uğrunda canlarını fəda etmiş qəhrəmanlarını heç vaxt
unutmayacaq.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!