Vətən müharibəsi və şanlı Qələbə

Vətən müharibəsi və şanlı Qələbə
  • Cəmiyyət

  • Ermənistanın sentyabrın 27-də növbəti hərbi təxribatından sonra Azərbaycan ordusunun 44 gün davam edən əks-hücum əməliyyatı noyabrın 10-da tarixi qələbəmizlə başa çatdı.Həmin gün Azərbaycan,Rusiya prezidentləri və Ermənistanın baş naziri tərəfindən imzalanan birgə bəyanatla Silahlı Qüvvələrimizin hərbi cəbhədəki möhtəşəm qələbəsi diplomatik sahədə də rəsmiləşdirildi.Beləliklə,xalqımızın 30 il çəkən torpaq həsrətinə son qoyuldu,ədalət bərpa edildi.Eyni zamanda,Prezident,Ali Baş Komandan İlham Əliyev qalib sərkərdə,Azərbaycan Silahli Qüvvələri güclü ordu,xalqımız üçün böyük,məğrur,yenilməz olduğunu bir daha təsdiqlədi.
               
    İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsində dövlətimizin başçısının da dəfələrlə vurğuladığı kimi,bizim birlikdə güclü olmağımız önəmli rol oynadı.Başqa sözlə,Xalq-Prezident-Ordu vəhdəti ərazi bütövlüyümüzün bərpasında,torpaqlarımızın işğaldan azad edilməsində mühüm əhəmiyyət daşıdı.Şübhəsiz ki,dövlət başçımızın rəhbərlik etdiyi illər ərzində cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan bu qələbəyə,necə deyərlər,addım-addım yaxınlaşırdı.Münaqişənin davam etdiyi illərdə cənab Prezident çox böyük uzaqgörənlik və təmkinlə həm diplomatik,həm də ordu quruculuğunda təxirəsalmaz tədbirlər reallaşdırırdı.İştirakçısı olduğu ən yüksək beynəlxalq mərasimlərin tribunalarından Qarabağ həqiqətlərini dünyaya bəyan edirdi.Eyni zamanda, Azərbaycan Ordusunun döyüş qabiliyyətinin yüksəldilməsi,ən müasir hərbi texnika ilə təchizatının təmin edilməsi üçün səylər göstərirdi.Hərbi əməliyyatların aparılmasında İlham Əliyevin müntəzəm olaraq çatdırdığı qələbə xəbərləri,işğaldan azad olunan yaşayış məntəqələri,düşmənin məhv edildiyi canlı qüvvəsini və hərbi texnikası barədə verdiyi məlumatları ölkəmizin hər bir vətəndaşında qürur,fərəh hissi doğururdu.
               
    Möhtəşəm qələbəmizin əldə olunmasında Azərbaycanın mədəniyyət məbədi və incisi olan,Qarabağ simvolu sayılan Şuşanın işğaldan azad olunması mühüm önəm kəsb etdi.
               
    Beləliklə,Qarabağın azadlığı uğurunda günbəgün möhkəmlənən və əvvəllər tarixin heç bir dönəmində bugünkü yekdilliyi fəth etməyən ümumilli həmrəyliyi Azərbaycanı böyük qələbəyə qovuşdurdu.Bu uğur,bu qələbə naminə Vətən oğullarımız son nəfəsinədək vuruşaraq şəhidlik zirvəsinə ucaldılar.Allahdan bütün şəhidlərimizə rəhmət,qazilərimizə şəfa diləyirik.



    Teymur Paşayev, 
    Masallı rayon Elşən Heybətov adına Dəlləkoba kənd ümumi orta məktəbinin laborantı 

    PAYLAŞ:

    Oxşar xəbərlər