Azərbaycanda 214 nəfər COVID-19-a yoluxub, 2 nəfər vəfat edib

Azərbaycanda 214 nəfər COVID-19-a yoluxub, 2 nəfər vəfat edib
  • Cəmiyyət

  • Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 214 yeni yoluxma faktı qeydə alınıb, 229 nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan LEQAL.AZ-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 2 nəfəri vəfat edib.

    Azərbaycanda indiyədək ümumilikdə 820 513 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 809 210 nəfər müalicə olunaraq sağalıb, 9 902 nəfər vəfat edib, aktiv xəstə sayı 1 401 nəfərdir.

    Ətraflı
    Ads by     
    0
    Reklamınızı SmartBee ilə effektiv edin.
    Ölkədə son sutka ərzində 2 728, hazırkı dövrədək isə 7 231 342 test aparılıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər