Sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatlar bir daha bütün dünyaya göstərir ki, rəsmi İrəvan öz revanşist niyyətlərindən əl çəkmir.
Ermənistan tərəfinin Azərbaycana qarşı növbəti təcavüzü beynəlxalq hüququn fundamental norma və prinsiplərinin, habelə Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanmış üçtərəfli bəyanatların müddəalarının və Azərbaycanla Ermənistan arasında əldə edilmiş razılıqların kobud şəkildə pozulmasıdır. Ermənistanın bu addımları aparılan normallaşma və sülh prosesinə tamamilə ziddir.
Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərində genişmiqyaslı bərpa və quruculuq işləri apardığı halda, Ermənistan təcavüzə yol verməklə bu prosesə hər vəchlə mane olduğunu növbəti dəfə göstərdi. Rəsmi İrəvan sərhəd təxribatları ilə Avropa İttifaqının vasitəçilik səylərinə də zərbə vurur.
Radikal müxaliofət bu cür addımlar atmaqla öz xarici ağalarından güclü qrant hesabına maliyyələşdiyini təsdiq edir və bir daha onlara pul qarşılığında boyun əydiyini isbatlamış olur. Azərbaycanda radikal müxalifət ünsürləri xaricdə ermənipərəst dairələrdən aldıqları tapşırıq əsasında ölkəmizə qarşı çirkin kampaniyaya başlayıb. “Ordumuzun sərhəddə erməni təxribatına layiqli cavab verməsi onları çox narahat edib. Xaricdəki ağalarından aldıqları tapşırıq əsasında radikal müxalifət ünsürləri ölkəmizə qarşı çirkin kampaniyaya başlayıb, erməni təxribatlarının günahını Azərbaycanın üzərinə atmağa çalışırlar. Azərbaycanı yerli-yersiz tənqid etmək, müxtəlif yalanlar və böhtanlarla ölkəmizin imicini zədələmək yolu seçmiş radikal müxalifət pul müqabilində Ermənistanın müdafiəsinə başlayıb. “İndiki məqamda söhbət dövlətimizin, xalqımızın təhlükəsizliyindən gedir. Azərbaycan ordusu dövlətimizin təhlükəsizliyini təmin etmək, erməni təhdilərinin qarşısını almaq məqsədilə erməni təxribatlarına layiqli cavab verib, onlara növbəti dəfə yerini göstərib.
Xalqımız artıq bu ünsürlərin iç üzünü yaxşı bilir, onların ermənipərəst dairələrin, erməni lobbisinin əlində alətə çevrildiyindən xəbədardır. Əminəm ki, onların bu çirkin kampaniyası da əvvəlkilər kimi iflasa uğrayacaq”.
Radikal müxalifət daim çalışıbki Azərbaycanın güclülüyünü isbat edən hadisələri ölkəmizin zəifliyi kimi təqdim eləsin və bizim xalqımızda bunu bildiyindən cəmiyyətimiz onları dəstəkləmir və müxalifətin xarici ağalarına işlədiyi cəmiyyətimiz üçün artıq sirr deyil.
Elçin Ağayev,
Masallı Dövlət Regional Kollecinin müəllimi