Ermənistan öz revanşist niyyətlərindən əl çəkmir .

Ermənistan öz revanşist niyyətlərindən əl çəkmir .
  • Cəmiyyət

  • 44 günlük Vətən müharibəsində qazandığımız qələbə 30 illik işğaldan azad olunan torpaqları bizə qazandırdı.Bu qələbə beynəlxalq aləmdə yeni siyasi reallıqların da  müəyyənləşməsinə  səbəb oldu. Azərbaycanın bu uğurları  ölkə daxilindəki radikal müxalifət qüvvələrini əməlli- başlı narahat edir.Son günlər ölkəmizdə yaşanan hadisələr hamıya məlumdur.

    Belə ki,13 sentyabr erməni  silahlı  qüvvələrinin Kəlbəcər, Laçın, Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatlar bir daha bütün dünyaya göstərir ki,rəsmi İrəvan öz revanşist və işğalçı niyyətlərindən əl çəkmir. Belə çətin günlərdə xalqı təşvişə salan,sosial şəbəkələrdə müxtəlif  yalanlar  səsləndirərək manipulyasiyalara əl atmaqdadırlar.Yalan məlumatlar yayaraq insanların gözünü qorxutmağa çalışırlar.Radikal qüvvələr xaricdəki ermənipərəst dairələrlə əməkdaşlıq qurublar.Belə ki, onlar Azərbaycanın əleyhinə fəaliyyət  göstərən  qüvvələrlə  sıx əməkdaşlıq edirlər və bu hamıya gün kimi aydındır.Belə qüvvələr Azərbaycanda gedən  pizitiv işlərə də qeyri- konstruktiv mövqedən yanaşırlar. Amma biz vətəndaşlar bu kimi məsələlərə aldanmamalı,bir olmalı,prezidentimizin " dəmir yumruq" başlığı altında biz yumruq kimi möhkəm və bir olmalıyıq.                                                     
      Xarici havadarların maliyyə dəstəyi ilə istənilən yola baş vurmağa ,hətta iğtişaşlar törətməyə hazırdırlar.Azərbaycan xalqı isə artıq hər şeyin fərqindədir.Onların iç üzünü hamımız tanıyırıq.Onların məqsədlərinə nail olmaqlarına icazə vermək olmaz.Hər hansı xarici dairələrin öz məqsədləri naminə Azərbaycanda  oyun qurmasının qarşısını yalan və şişirdilmiş məlumatları təkzib etməklə ala bilərik .Təbii haldır ki,Azərbaycanın beynəlxalq nüfuzu gündən- günə artır və bəzi qüvvələr bunu qəbul edə bilmir.Qazanılan nailiyyətlərə kölgə salmaq  üçün pisniyyətli təbliğatlarını aparırlar.                                                   
    İstər 44 günlük Vətən müharibəsində,istərsə də 13 sentyabr tarixli hadisələrdə şəhid olmuş əsgərlərimiz hər zaman hər bir azərbaycanlının baş tacı olmalıdır  və bu belədir.Onlar bizim yolumuzda vətənimizin  birliyi, bütövlüyü,30 illik həsrətə son qoymaq uğrunda şirin canlarından keçmişlər.Biz ömürboyu onlara borcluyuq,onlrın ailələrinə borcluyuq.Azərbaycan xalqını həmrəy görmək istəməyən,xalq arasında yalan məlumat yayanlara aldanmamalı və Prezident İlham Əliyevin ağlına, savadına,xalqa,ordusuna olan sevgisinə inanmalı və onu daima dəstəkləməliyik.        

     

    Cəfərova Aytən,
    Masallı rayonunun Ərkivan qəsəbəsi 1 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı  müəllimi
    PAYLAŞ:

    Oxşar xəbərlər