Ölkə ərazisində havanın temperaturu 35 dərəcəyə yüksələcək

Ölkə ərazisində havanın temperaturu 35 dərəcəyə yüksələcək
  • Cəmiyyət

  • Azərbaycanda sentyabrın 19-na gözlənilən hava proqnozu açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən LEQAL.AZ-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24°, gündüz 26-31° isti, Bakıda gecə 21-23°, gündüz 28-30° isti olacaq.

    Atmosfer təzyiqi 758 millimetr civə sütunu, nisbi rütubət 60-65 faiz təşkil edəcək.

    Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər saatlarında duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 17-21°, gündüz 30-35° isti, dağlarda gecə 4-8°, gündüz 10-14° isti olacağı gözlənilir.
    PAYLAŞ:

    Oxşar xəbərlər