Şəhid İsmayıl Budaqlının nəşi torpağa tapşırılıb.
“Report”un məlumatına görə, Ermənistan Silahlı Qüvvələrinin törətdiyi təxribat nəticəsində şəhadətə ucalan, 24 yaşlı Budaqlı İsmayıl Məhərrəm oğlunun nəşi doğulduğu Axtaçı-Muğan kəndinə gətirilib.
Şəhidlə boya-başa çatdığı evdə vida mərasimi keçirilib.
Vida mərasimində şəhidin yaxınları, rayon İcra Hakimiyyətinin rəsmiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyətin
nümayəndələri iştirak ediblər.
Şəhid İ.Budaqlı kənd qəbristanlığında torpağa tapşırılıb.