Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 14-ü saat 17:30-a olan məlumatına əsasən Şəmkir, Balakən, Zaqatala, Qax, Quba, Qusar, Tərtərdə şimşək çaxıb, arabir yağış yağıb.
Xidmətdən LEQAL.AZ-a bildirilib ki, şimal-qərb küləyi əsib, sürəti Naftalanda saniyədə 26, Tərtərdə 25, Ağdamda 24, Göyçay, Ağstafa, Şəkidə 20, Mingəçevir, Gəncədə 18, Ceyrançöldə 17, Naxçıvanda 16, Bərdədə 15, Bakıda və Abşeron yarımadasında: Bakıda 25, Qum adasında 18, Neft Daşlarında 16 metr olub. Neft Daşları meteoroloji stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 2.4 metrə çatıb.
Ölkə ərazisində müşahidə olunan güclü küləkli, yağıntılı hava şəraiti sentyabrın 15-i gündüzədək davam edəcək.