Prezident İlham Əliyev İtaliyanın Çernobbio şəhərində keçirilən beynəlxalq forumda iştirak edib

Prezident İlham Əliyev İtaliyanın Çernobbio şəhərində keçirilən beynəlxalq forumda iştirak edib
  • Cəmiyyət

  • Azərbaycan Prezidenti İtaliyaya işgüzar səfəri çərçivəsində çoxsaylı görüşlər keçirdi. Bu görüşlər İtaliya ilə Azərbaycan arasında strateji münasibətlərin daha da dərinləşməsi və gələcək əməkdaşlıq imkanlarının perspektivləri baxımından olduqca əhəmiyyətlidir. Səfər çərçivəsində enerji, iqtisadiyyat, elm və təhsil kimi strateji sahələr üzrə yeni tərəfdaşlıq platformalarının yaradılması bu ölkə ilə Azərbaycan arasında yeni bir səhifə açdı.
               
    Prezidentinin İlham Əliyevin sentyabrın 2-də İtaliyanın Çernobbio şəhərində “The European House – Ambrosetti” beyin mərkəzi tərəfindən təşkil edilən “Dünya, Avropa və İtaliyaya baxış” və “Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi” mövzusunda keçirilən 48-ci beynəlxalq Çernobbio Forumunda iştirakı isə ayrıca bir hadisə hesab edilə bilər. Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın, eyni zamanda, İtaliya Nazirlər Şurasının Sədri Mario Draqinin də qatıldığı budəfəki tədbir hazırda Avropada o qədər də sadə olmayan tarixi bir mərhələdə baş tutdu. Çünki Avropa özünün şərqində yaşanan müharibə kontekstində həm siyasi birlik, həm iqtisadi-maliyyə münasibətləri, həm də enerji təchizatı və təhlükəsizliyi baxımından olduqca kritik bir mərhələdən keçməkdədir. Belə mürəkkəb şəraitdə Azərbaycan Prezidentinin Çernobbio şəhərində “The European House – Ambrosetti” beyin mərkəzi tərəfindən təşkil edilmiş tribunadan verdiyi mesajlar təkcə Azərbaycan – İtaliya münasibətlərinin gələcəyi baxımından deyil, bütövlükdə Azərbaycanın ən böyük ticarət tərəfdaşı olan Avropa İttifaqı–Azərbaycan münasibətləri baxımından vacib əhəmiyyət kəsb edir. 
               
    Nəzərə almaq lazımdır ki, 1965-ci ildən fəaliyyət göstərən “The European House – Ambrosetti” İtaliyanın idarəetmə-məsləhət xidməti sahəsində aparıcı beyin mərkəzi hesab olunur. Mərkəz Avropa və onun hüdudlarından kənarda ofislərə və geniş tərəfdaşlıq şəbəkəsinə malikdir. Dünyanın beyin mərkəzləri ilə bağlı aparıcı reytinqlərə əsasən İtaliyada birinci və Avropada ilk onluqda qərarlaşan “The European House – Ambrosetti” İtaliya və Avropa şirkətləri üçün əhəmiyyət daşıyan məsələlərin müzakirə olunduğu forumlar və müxtəlif tədbirlər təşkil edərək İtaliyan şirkətlərinin qlobal tərəfdaşları ilə əlaqələrinin yaradılmasına və əməkdaşlığın təşviq edilməsinə xidmət edir. “The European House – Ambrosetti”, eyni zamanda, İtaliya və Avropa üçün potensiala malik ölkələrlə əməkdaşlığın təşviqinə müsbət təsir etmək imkanı olan və ikitərəfli iqtisadi gündəmləri inkişaf etdirmək iqtidarında olan liderləri bir araya gətirərək yüksək səviyyəli müzakirə platformaları təqdim edir. Prezident İlham Əliyevin bu mötəbər platformadan Avropanın gələcək enerji təhlükəsizliyi, yaşıl enerji üzrə tərəfdaşlıq, beynəlxalq hüquq və onun tələblərinin yerinə yetirilməsi kontekstində uzunmüddətli və etibarlı tərəfdaşlığın mümkün olması məsələlərindən ətraflı danışdı. Dövlətimizin başçısı Azərbaycanın da beynəlxalq münasibətlər sistemində dövlət kimi davranışları zamanı milli maraqlarını və beynəlxalq hüququ əsas tutduğunu bildirmişdir. Bunlar isə İtaliya və Avropa ölkələri ilə əməkdaşlıqda yeni imkanlar yaradan əsas mövzular kimi qəbul edildi.


    Əsəd Əsədli,
    Masallı Dövlət Regional Kollecin müəllimi,
    Masallı rayon sakini.


    PAYLAŞ:

    Oxşar xəbərlər