Cari ilin 2 sentyabr tarixində İtaliyanın Çernobbio şəhərində keçirilmiş 48-ci Beynəlxalq Çernobbio forumu keçrilmişdir.

Cari ilin 2 sentyabr tarixində İtaliyanın Çernobbio şəhərində keçirilmiş 48-ci Beynəlxalq Çernobbio forumu keçrilmişdir.
  • Cəmiyyət

  • Sentyabrın 2-də İtaliyanın Çernobbio şəhərində “The European House – Ambrosetti” beyin mərkəzi tərəfindən “Dünya, Avropa və İtaliyaya baxış” və “Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi” mövzusunda 48-ci Beynəlxalq Çernobbio Forumu başlayıb.
           
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarellanın, İtaliya Nazirlər Şurasının Sədri Mario Draqinin və “The European House – Ambrosetti” beyin mərkəzinin dəvəti ilə beynəlxalq forumda əsas qonaq qismində iştirak edib.
             
    Dövlətimizin başçısı forumun plenar iclasında “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxış edib.Bu gün Azərbaycan region üçün əhəmiyyətli dövlət, istər Avropa istər digər ölkələr üçün etibarlı və arzuolunan tərfdaşdır. Bakı təkcə regionda ən böyük olan bu sənaye tədbirinə ev sahibliyi etmir. Eyni zamanda, gələn həftə baş tutacaq Formula 1 kimi beynəlxalq yarışın keçirildiyi məkandır.Cənub Qaz Dəhlizi üç boru kəmərindən ibarət inteqrasiya edilmiş boru kəmərləri sistemidir – Cənubi Qafqaz boru kəməri, Trans-Anadolu (TANAP) boru kəməri və Trans-Adriatik (TAP) boru kəməridir ki, o, İtaliyaya qədər uzanır. Bu, 3500 kilometr uzunluğunda mürəkkəb texniki infrastrukturdur. Onun bir hissəsi hündür dağlardan, bir hissəsi isə dənizin dibindən keçir. 2020-ci ilin son günü – dekabrın 31-də həmin mühüm layihənin yekun hissəsi olan TAP istifadəyə verildi. Azərbaycan müstəqillik illərində öz enerji təhlükəsizliyinə sərmayə yatırıb, daxili bazarda tələbatları tam təmin edib və sayı artan ölkələrin enerji təhlükəsizliyində get-gedə daha mühüm rol oynamağa çalışır. Bu il ölkəmiz artıq dünyanın aparıcı enerji şirkətləri olan “ACWA Power” və “Masdar” şirkətləri ilə iki təməlqoyma mərasimi keçirmişdir. Hazırda biri günəş, digəri isə külək olmaqla, iki elektrik stansiyası inşa olunur. Gələn il bu iki stansiya istifadəyə verilməyi nəzərdə tululmuşdur. 
             
    Eyni zamanda, İkinci Qarabağ müharibəsi nəticəsində işğaldan azad olunan ərazilərin, xüsusilə də Kəlbəcər və Laçının potensialının 9-10 min meqavat olduğunu hesab edirik. Burada söhbət külək və günəş enerjisindən gedir. Buraya hidroelektrik enerjini əlavə etsək, - hansı ki, onun da böyük potensialı var, - buraya daha 1000 meqavat və ya artıq güc əlavə etmək olar. Bütün bunlar bizim hökumətimiz tərəfindən ciddi şəkildə nəzərdə saxlanılır.


    Ceyhun Hüseynov Soltanağa oğlu . Masallı MRX İƏ söbəsinin mütəxəssisi 
    Masallı şəhəri N.Nərimanov küçəsi ev 5

    PAYLAŞ:

    Oxşar xəbərlər