Prezident İlham Əliyevin Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevlə görüşü

Prezident İlham Əliyevin Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevlə görüşü
  • Cəmiyyət

  • Avqustun 24-də Qazaxıstan Prezidenti Kasım-Jomərt Tokayev Azərbaycana səfər etdi. Qazaxıstan və Azərbaycan prezidentlərinin görüşündə önəmli açıqlamalar verildi. Preizdentlərin geniş tərkibdə görüşü başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə Azərbaycan-Qazaxıstan sənədləri imzalandı.

    Qazaxıstan Prezidentinin Azərbaycana baş tutmuş səfəri hazırkı məqamda mühüm əhəmiyyət kəsb edir:"Azərbaycan və Qazaxıstan böyük türk dünyasının üzvləridir. Eyni zamanda hər iki ölkə qlobal siyasi müstəvidə strateji mövqedə yerləşirlər. Azərbaycan və Qazaxıstan arasında bir çox sahələrdə razılaşmalar var. Ortaq tarix, dil və mədəniyyət kimi birləşdirici amillər də bu prosesə təkan verir. Bundan əlavə Qazaxıstanın Mərkəzi Asiya regionuna çıxış imkanları böyükdür. Qazaxıstan Mərkəzi Asiyaya nüfuz etmək istəyən Çin, Rusiya, ABŞ və Böyük Britaniya arasında özünəməxsus yer tutur".

    Qazaxıstan Respublikası Azərbaycanla əlaqələrinə daha önəm verir və ölkələrimiz arasında dostluq və qardaşlıq ənənələrinin davam etdirilməsinə daim önəm verir.Təsadüfi deyil ki, Qazaxıstan lideri Azərbaycan Prezidentini ölkəsinin ən yüksək ordenləri ilə təltif etdi. Həmçinin Qazaxıstan Prezdenti bildirmişdir ki, Qazaxıstan və Azərbaycan müstəqillik yolunda inamla irəliləyən iki müstəqil dövlət kimi iqtisadiyyatın inkişafında, sosial məsələlərin həllində yüksək sürət nümayiş etdirir, dünya arenasında ölkələrimizin nüfuzu artır. Mən bu mükafatı bütün Azərbaycan xalqına hörmət əlaməti hesab edirəm. Bu mükafatı siz təqdim etdiyinizə görə xüsusi qürur duyuram. Sizin qeyd etdiyiniz kimi, bu gün biz ikitərəfli gündəliyin bir çox məsələlərinə və beynəlxalq inkişaf məsələlərinə dair ətraflı söhbət etdik. Mən artıq demişəm, bir daha təsdiqləmək istəyirəm ki, sizin yürütdüyünüz islahatlar kursunu tamamilə dəstəkləyirik. Sizin yürütdüyünüz siyasət Qazaxıstanın, Qazaxıstan xalqının milli mənafelərinə tamamilə uyğundur. Artıq qazanılmış uğurlar sizin seçdiyiniz kursun düzgün olmasına dəlalət edir. Qazaxıstan xalqının bu kursu dəstəkləməsi bir daha onu göstərir ki, bizə qardaş olan Qazaxıstan düzgün yolla gedir. Əminəm ki, siz qarşıya qoyduğunuz bütün hədəflərə çatacaqsınız. Lakin bu yüksək mükafat mənim əlbəttə ki, münasibətlərimizin möhkəmləndirilməsi yolunda bundan sonrakı fəaliyyətimdə üzərimə vəzifələr qoyur. Əmin ola bilərsiniz ki, Qazaxıstan ilə münasibətlər bundan sonra da Azərbaycanın xarici siyasətində prioritet olacaq.

    Tokayevin dövlət başçısı kimi Azərbaycana ilk səfəridir: “Həm Kasım-Jomart Tokayev, həm də Azərbaycan Prezidenti İlham Əliyev əvvəllər müxtəlif forum və sammitlərdə görüşüblər. Lakin bu, ilk belə ikitərəfli görüşdür və buna böyük önəm verilir. Axı, iki dövlətin liderləri arasında dialoq çox şey deməkdir”.

    Dövlətlərimiz arasında münasibətlərə gəldikdə isə həqiqətən də çox böyük yol qət edilib. Dövlətlərimizin əməkdaşlığının əsasını Nursultan Abişeviç Nazarbayev və HeydərƏlirza oğlu Əliyev qoyublar. İki ölkə arasındafəxr ediləsi uğurlar var. Şəksiz ki, hər iki ölkə  əməkdaşlığıqiymətləndirir və onu qoruyur.İki ölkə arasında nəqliyyat,istərkommunikasiyalar, istərsə də ticarət olsun, strateji xarakter daşıyan sahələr var. Biz, mahiyyətcə, Xəzər dənizi vasitəsilə qonşu dövlətlərik. Xəzər dənizinin statusu haqqında müvafiq Konvensiya da Aktau şəhərində imzalanıb. Bu, Xəzərdə irimiqyaslı əməkdaşlığın təməlini qoyur və əlbəttə, bu əməkdaşlıq, mahiyyət etibarilə, stratejiəməkdaşlıqdır.



    Yaqubzadə Fikrət Cəlil oğlu,
    Masallı rayonu, Babaküçə kəndi.


    PAYLAŞ:

    Oxşar xəbərlər