2020-ci ilin sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsində Azərbaycan xalqı şanlı qələbə qazanaraq işğalçı Ermənistanı tam kapitulyasiyaya məruz qoydu.44 günlük Vətən müharibəsi zamanı Ordumuz düşmənə diz çökdürüb, onun hərbi birləşmələrini və canlı qüvvəsini darmadağın edərək ölkəmizin ərazi bütövlüyünü təmin etdi. Bu şanlı qələbə dövlətimizin gücünü, qüdrətini, xalqımızın yenilməz ruhunu bütün dünyaya bir daha sübut etdi.İndi isə ölkəmizin,xalqımızın qarşısında duran ən böyük vəzifələrdən biridə Vətən müharibəsində işğaldan azad edilən ərazilərin bərpası, o yerlərə Böyük Qayıdış,o yerlərdə vətəndaşlarımızın məskunlaşma üçün zəruri şərait yaradılmasıdır.Düşmən otuz il ərzində işğal altında saxladığı torpaqlarımızda ağlasığmaz vandalizm əməlləri törədərək bir vaxtlar çiçəklənən şəhər və kəndlərimizi dağıdıb, təbii sərvətlərimizi amansızcasına istismar edib.Azərbaycan dövləti,xalqı isə işğaldan azad edilən torpaqlara əsl sahiblik hissi nümayiş etdirir. Ölkə başçısı cənab Prezident İlham Əliyevin də dediyi kimi "azad edilmiş torpaqlarda bütün bərpa işləri ən yüksək səviyyədə təşkil olunacaqdır".Postmüharibə dövründə işğaldan azad edilən ərazilərimizdə ilk bərpa layihələrinin icrasına başlanılmışdır.Sonrakı mərhələlərdə şəhərə alternativ mənbələrdən suyun çəkilməsi istiqamətində də işlər aparılımış, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Şuşaya elektrik enerjisinin verilməsi təmin olunmuşdur. “Azərenerji” də şəhəri dayanıqlı elektrik enerjisi ilə təmin etmək üçün yüksəkgərginlikli xətlər çəkir və elektrik yarımstansiyasının inşasını həyata keçirir. Füzulidə beynəlxalq hava limanının açılması orada aparılan quruculuq işlərinin bir nümunəsidir.Onu da qeyd edək ki, Azərbaycan işğaldan azad olunmuş ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyalarını həyata keçirir.Birinci belə layihə Zəngilan rayonunun Üçüncü Ağalı kəndində reallaşdırılmışdır.İşğaldan azad edilən ərazilərdə Bəsitçay Dövlət Təbiət Qoruğunun bərpasına da start verilib. Məlumat üçün bildirək ki, bəhs olunan qoruq 1974-cü ildə Ulu Öndər Heydər Əliyevin tapşırığı ilə yaradılmışdır.Həmçinin Horadiz-Ağbənd dəmir yolu xətti vasitəsi ilə Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında bağlantı yaradılacaq azad edilmiş torpaqlara həm vətəndaşların gəlməsi, həm də yüklərin daşınması üçün böyük əhəmiyyətə malik olacaqdır.İşğaldan azad edilən ərazilərdə genişmiqyaslı bərpa işlərinə başlayan Azərbaycan yenidən bu torpaqları cənnətməkan edəcəkdir.
Hikmət Əliyev,
Masallı rayon sakini