İyulun 15 –də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunan müşavirə keçirilib .Müşavirədə dövlət başçısı bir çox məsələlərə toxunub.Onlardan biridə Sülh müqaviləsidir.Ermənistanın 30 illik işğalına baxmayaraq, Azərbaycan müharibə səhifəsini çevirmək, münasibətləri normallaşdırmaq və bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınması prinsipi əsasında Ermənistanla sülh müqaviləsi imzalamaq istəyindədir və Azərbaycan sülh danışıqları üçün 5 əsas prinsip irəli sürüb və Ermənistan onları qəbul edib. Sülh müqaviləsi regiona iqtisadi inkişaf gətirəcək və sülh müqaviləsi bölgəni sülh ,əməkdaşlıq regionuna çevirəcək.İkinci Qarabağ müharibəsi başa çatmasına baxmayaraq Ermənistan hələ ki atəşkəs prinsiplərinə riayət etmir. Laçın dəhlizi açıqdır və fəaliyyət göstərir. Lakin Zəngilan dəhlizi hələ də açılmayıb. Bu proses üzərində çalışmaq və keçirilən görüşlərin qərarlarını yerinə yetirmək vacibdir. Qarabağ ərazisində vəziyyət nisbətən daha stabildir."Biz hesab edirik ki, məsələ həll olunub, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi olmalıdır. Bir-birinin ərazi bütövlüyünün tanınması olmalıdır, sərhədlərin tanınması olmalıdır, delimitasiya işlərinə start verilməlidir”."Bizim bu təklifimiz qalib ölkənin təklifidir, güclü tərəfin təklifidir, müzəffər xalqın təklifidir. Əgər buna Ermənistanda mənfi reaksiya varsa, bunu da özləri bilərlər. Amma yenə də deyirəm, yenə də peşman olacaqlar. Biz isə bundan sonra ancaq və ancaq irəli gedəcəyik," - deyə cənabİlham Əliyev bəyan edib.Prezident onuda qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həll olunmadığını düşünənlər "yanlış və təhlükəli" yoldadır."Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi öz həllini tapıb… Əgər kimsə deyirsə ki, münaqişə həll olunmayıb, gəlsin desin, bunun həllini necə görür, nə həll olunmayıb?''."Əgər dırnaqarası Dağlıq Qarabağın statusundan söhbət gedirsə, mən demişəm, Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur. Ümumiyyətlə, bu söz, ifadə işlənməməlidir. Dağlıq Qarabağ yoxdur, Qarabağ var". "…Qarabağ iqtisadi zonası yaradıldı, vəssalam. Bütün Qarabağa aid olan rayonlar orada birləşib. Şərqi Zəngəzur iqtisadi zonası yaradılıb. İndi Ermənistanda bu məsələ ilə bağlı isterikaya qapılırlar".İlham Əliyev Ermənistan və Qarabağ ərazisindəki Zəngəzur zonasının Azərbaycan torpaqları olduğunu deyib "… Bizimdədə-babatorpağımızdır: bütünZəngəzur - Şərqi və Qərbi Zəngəzur. İndi Ermənistanda deyirlərki, İlham Əliyev ərazi iddiasıilə çıxış edir. ƏgərŞərqiZəngəzurvarsa, deməli, Qərbi Zəngəzurda var. Bəli, Qərbi Zəngəzur bizim dədə-baba torpağımızdır. Demişəmki, biz oraya qayıtmalıyıq. Bunu hələ on il bundan əvvəl demişəm. Mənim çıxışlarım hamısı mətbuatda var. Demişəmki, bizimdədə-baba torpağımızdır, biz oraya qayıtmalıyıq və qayıdacağıq və qayıdırıq. Heçkimbizidayandırabilməz. Mütləq qayıdacağıq, çünki bunun başqa yolu yoxdur," - deyə o vurğulayıb.
Lətifə Həsənova,
Masallı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı