Səmərəli sazişlər

Səmərəli sazişlər
  • Cəmiyyət

  • İyunun 29-da Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısı keşirilib.Toplantıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış edib.
             
    Şıxışa başlayan Prezident İlham Əliyev Zirvə Toplantısının iştirakşılarını salamlayaraq  VI Xəzər Sammitinin yüksək səviyyədə təşkilinə görə cənab Sərdar Berdiməhəmmədova təşəkkürünü bildirib.
             
    Azərbaycan Prezidenti Sərdar Berdiməhəmmədovu Türkmənistan Prezidenti vəzifəsinə seçildiyi üçün təbrik edib. Çıxış zamanı Prezident İlham.Əliyev qeyd edib ki, Azərbaycan ölkələrimizin Xəzərdə qarşılıqlı fəaliyyətinə böyük əhəmiyyət verir.Eyni zamanda  Xəzər dənizinin hüquqi statusundan, Xəzəryanı dövlətlərin əməkdaşlığının müqavilə -hüquqi bazasının möhkəmlənməsindən,  imzalanacaq sazişlərdən də danışıb.
               
    Xəzəryznı ölkələr arasında dostluq və mehriban qonşuluq münasibətləri,o cümlədən bir sıra beynəlxalq təşkilatlarla əməkdaşlıq Xəzər dənizində sabitliyin və təhlükəsizliyin mühüm amilidir.
                 
    Prezident İlham Əliyev onu da qeyd edib ki,Xəzəryanı dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə,müstəqilliyinə hörmət və bir-birinin daxili işlərinə qarışmamaq təşkil edir. Xəzər dənizi regionun xalqlarının rifahının yaxşılaşdırılmasını  təmin edir.
                 
    Cənab president Xəzəryanı dövlətlər arasında bağlanmış ikitərəfli və çoxtərəfli müqavilələrdən danışıb, Azərbaycanda Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin Kordinasiya Şurasının VIII görüşünün keçirilməsinin planlaşdırılması haqqında məlumat verib.
                   
    Dövlət başçısı Vətən Müharibəsindən sonra Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması və bərpası,o cümlədən beynəlxalq nəqliyyat əlaqələrinin inkişafı ilə bağlı görülən işlərdən də söhbət açıb. Cənab president ,həmçinin Xəzər dənizinin ekoloji problemlərinə də toxunub.Məsələnin həlli yollarının aradan qaldırılması üçün tədbirlərin görülməsini qüyd edib.
                   
    Çıxışının sonunda möhtərəm president İlham Əliyev Sammitin Xəzəryanı dövlətlərin qarşısında duran mühüm məsələlərin həllinə yönəlmiş səylərin birləşdirilməsinə  sərait yaradacağını qeyd edib.


       
    Ş.Xəlilova,
    S.Xəlilov adına Qızılağac kənd 1 nömrəli tam orta məktəbin müəllimi
    PAYLAŞ:

    Oxşar xəbərlər