Azərbaycan xalqı 30 illik yurd nisgilindən sonra, nəhayət ki, Qarabağda qəhrəman bir savaşla tarixi zəfər qazandı, üzücü işğal dövrünə son qoydu. Müzəffər Ordumuzun sentyabrın 27-dən başlayan davamlı hərbi qələbələri cəmi 44 gündən sonra təcavüzkar dövlətin hərbi-siyasi rəhbərliyini ölkəsinin məğlubiyyətini rəsmiləşdirən 10 noyabr tarixli Azərbaycan – Ermənistan – Rusiya bəyanatını imzalamağa məcbur etdi. Azərbaycan dövləti öz iradəsi və gücü ilə BMT Təhlükəsizlik Şurasının 30 ilə yaxın müddətdə kağız üzərində qalan qətnamələrinin icrasına nail oldu.
Noyabrın 10-da Rusiya prezidentinin də iştirakı ilə Azərbaycan və Ermənistan rəhbərlərinin imzaladıqları bu tarixi bəyanat işğalçı ölkənin döyüş və diplomati¬ya meydanında hərbi-siyasi məğlubiyyətini etiraf etməsi, dövlət başçımızın irəli sür¬düyü şərtlərin qəbul edilib rəsmiləşdirildi. Ermənistanı 30 illik münaqişənin ikinci hərbi mərhələsində təslim olmağa Azərbaycan Silahlı Qüvvələrinin işğal altın¬da olan 4 rayonumuzu və strateji Şuşa şəhərini ildırım sürəti ilə işğaldan azad edib düşməni mühasirə vəziyyətinə salması məcbur etdi. Müzəffər Ordumuzun böyük rəşadət hesabına Şuşanı işğaldan azad etməsi Ermənistanın quldur hərbi dəstələrinə sarsıdıcı zərbə vurdu, döyüşlər onların silahlarını atıb qaçması ilə nəticələndi.
30 ildən bəri Ermənistanın işğalçılıq siyasətini dəstəkləyən havadarları mühaibənin ilk günlərindən ermənilərin məğlub olacaqlarını gördüklərindən Azərbaycan Ordusunun zəfər yürü¬şünü dayandırmaq üçün min bir oyundan çıxdılar. Azərbaycan Prezidenti İlham Əliyev isə Vətən müharibəsi dövründə ciddi beynəlxalq təzyiq və təhdidləri məhz xalqın inam və iradəsinə, birliyinə söykənərək dəf etdi, həlledici qələbənin əldə olunmasına qədər dayanmaq əmri vermədi. Ali Baş Ko¬mandanın savaş günlərində müharibənin başlanması və qazanılan zəfərlərlə bağlı xalqa müraciətlərində və xarici KİV-lərə verdiyi 30-dan çox müsahibədə səslənən həqiqətlər Azərbaycanın düşmən üzərində diploma¬tik və təbliğati üstünlüyünü təmin etdi, öz yalanları ilə illərdən bəri geniş xarici auditoriyanı aldatmış işğalçı tərəfə informasiya sferasında ciddi zərbələr vurdu.
Ermənistan hərbi-siyasi rəhbərliyi isə xilas olmağın yolunu müharibə cinayətləri törətməkdə – Azərbaycanın cəbhə bölgəsində və ondan uzaqlarda yaşayan dinc əhalisini raket-artilleriya atəşinə tutub ümumi vahimə və sarsıntı yaratmaqda gördü. Lakin bunların heç biri xalqımızın mübarizə əzmini qıra, ordumuzun irəliləyişini dayandıra bilmədi. Ermənilərin fitnəkar təxribatlarına, kütləvi vandalizminə baxmayaraq, Azərbaycanın Tərtər, Ağ¬dam, Goranboy, Ağcabədi, Bərdə, Yevlax, Beyləqan rayonlarının, Gəncə və Mingəçevir şəhərlərinin sakinləri sonadək yüksək vətənpərvərlik, iradə və əzm nümayiş etdirdilər. 44 günlük müharibə zamanı Azərbaycanda bir dənə də olsun, fərarilik faktı qeydə alınmadı.
Ermənistan ordusu barədə 30 il müddətində formalaşdırılan “yenilməz ordu” mifi darmadağın edildi, erməni cəmiyyəti ilk günlərdən ruh düşkünlüyünə uğradı, daxili vəziyyət getdikcə gərginləşdi. Azərbaycan Ordusunun en¬dirdiyi sərrast, güclü zərbələr nəticəsində qısa dövrdə Ermənistanın 3 milyard dollar məbləğində hərbi texnika və silah-sursatı sıradan çıxarıldı. Ciddi məğlubiyyət fonunda təcavüzkar ölkədə hərbi xidmətdən boyunqaçır¬ma və fərarilik halları geniş vüsət aldı.
İmzaladığı təslim aktına əsasən, işğalçı Ermənistan qoşunlarını işğal edilmiş ərazilərdən, o cümlədən Ağdam, Laçın və Kəlbəcər rayonlarından çıxarmaqla razılaşması birmənalı olaraq Azərbaycan Ordusunun tarixi qələbəsidir. Bu, həm də ölkəmizin ərazi bütövlü¬yünün, nəhayət, güc yolu ilə bərpa edilməsi, 30 ildən bəri Vətən həsrəti ilə yaşa¬yan 800 minə yaxın insanın nisgilinə son qoyulması¬dır. Əlbəttə, Azərbaycan dövləti hər zaman qaçqın və məcburi köçkünlərin mənzil-məişət problemlərinin həlli, sosial təminatının yaxşılaşdı¬rılması istiqamətində mühüm addımlar atıb. Nəhayət, Prezident, Ali Baş Koman-dan İlham Əliyev onların ən böyük arzusunu, doğma torpaqlarına qayıtmaqla bağlı istəklərini, öz yurdunda yaşa¬maq haqlarını gerçəkləşdirdi.
44 günlük müharibə Azərbaycanın nə qədər vətənpərvər, böyük xalqı olduğunu, milli birliyini, həmrəyliyini bütün dünyaya sərgiləməklə onun necə güclü olduğunu bir daha sü¬buta yetirdi. Bütün dünyaya məlum oldu ki, 30 ilin torpaq həsrəti, əzabları xalqımızın iradəsini sındırmayıb, onun inam və əzmini sarsıtma¬yıb. Möhtərəm Prezident İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, müharibə Azərbaycan üçün heç də son məqsəd deyildi. Azərbaycan, sadəcə, güc tətbiq etməklə Ermənistanı işğal etdiyi ərazilərdən geri çəkilməyə məcbur etmək, öz şərtlərini işğalçıya qəbul etdirmək istəyirdi və buna tam nail oldu.
Biz bu möhtəşəm qələbəni döyüş meydanın¬da qazandıq! 300-ə yaxın yaşayış məntəqəsini əhatə edən Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonla¬rı, Şuşa şəhəri, Hadrut və Suqovuşan qəsəbələri qanlı döyüşlərlə azad edildi. Bu qələbələrdən sonra düşmən Ağdam, Kəlbəcər və Laçın rayonlarını döyüşsüz təslim etməyə məcbur edildi. İm¬zalanmış bəyanatda Dağlıq Qarabağa hansısa hüquqi statusun verilməsi ilə bağlı heç bir müddəa yoxdur. Bu, Ermənistanın Qarabağın “müstəqilliyi” və ya onlara hansısa statusun verilməsi ilə bağlı əsassız iddiaları¬nın puç olması deməkdir. Bununla belə, Azərbaycan sivil, çoxetnoslu, multikultu¬ral ölkə kimi Dağlıq Qara¬bağ ermənilərinin bir neçə rayonda təhlükəsiz şəraitdə yaşamalarına zəmanət verir.
Münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə yaradı¬lacaq atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəzdə Ru¬siya və Türkiyə hərbçilərinin birgə fəaliyyət göstərməsi də xalqımızın maraqlarına uyğundur. Bundan əlavə, Naxçıvan Muxtar Respubli¬kasının Azərbaycanın əsas hissəsi ilə əlaqəsinin təmin edilməsi sənəddə əksini tapıb. Bununla faktiki olaraq həm də türk dünyası arasın¬da nəqliyyat-kommunikasiya həlqəsi bərpa olunacaq.
Fariz Şəfqətov,
Masallı Rayon Mololon Kənd Ümumi Orta Məktəbinin tarix müəllimi.