Müzəffər Ordumuz

Müzəffər Ordumuz
  • Cəmiyyət

  • 30 illik torpaq həsrətindən  sonra, Azərbaycan, nəhayət ki, işğal faktına son qoyaraq tarixi zəfərə imza atdı. Müzəffər Ordumuzun 2020-ci il  sentyabrın 27-dən başlayan davamlı hərbi qələbələri cəmi 44 gündən sonra torpaqlarımıza zorla soxulan təcavüzkarları məhv etdi, hərbi-siyasi məğlubiyyəti rəsmiləşdirən 10 noyabr tarixli Rusiya-Azərbaycan-Ermənistan bəyanatına imza atmaq məcburiyyətində qoydu. 10 noyabr 2020-ci il tarixdə  Rusiya prezidentinin də iştirakı ilə imzalanmış bəyanat Ermənistanın hərbi-siyasi məğlubiyyətini etiraf etməsi, Azərbaycanın bu ölkənin kapitulyasiyası üçün irəli sürdüyü şərtlərin rəsmiləşdirilməsidir.  Vətən qarşısında şərəflə, həvəslə, sevinclə xidmət edən əsgərlərimiz, zabitlərimiz bir an belə tərəddüd etmədən doğma Azərbaycan uğrunda ölümə atıldılar.  Necə ki, bunu Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov, Fərid Əhmədov bir daha sübuta yetirdi. Onların nümayiş etdirdikləri vətənpərlik nümunələri damarlarında Azərbaycanlı qanı axan hər bir şəxsin qürurunu necə oxşadısa, düşmənin bağrına da bir o qədər dəhşətli vahimə saldı . Yağı bir daha gördü ki, belə oğulları olan Azərbaycan onu istənilən an məhv etməyə qadirdir.

    Azərbaycan əsgərlərinin qəhrəmanlığı həm də onu təsdiq etdi ki, Vətən, torpaq, şücaət kimi tarixən xalqımıza məxsus olan anlayışlar bir sıra digər ölkələrdə olduğu kimi yaddaşlara gömülməyib. Əksinə, Azərbaycan var olduqca, zərurət yaranacağı təqdirdə hər zaman belə qəhrəmanlıqların şahidi olacağıq.  Və şahidi olduq! Əzəli və əbədi torpaqlarımızı geri qaytardıq. Elə buna görədir ki, indi Azərbaycan Ordusunun adı çəkiləndə hər bir azərbaycanlı qürur duyur.Azərbaycan Ordusunun böyük rəşadət hesabına Şuşanı işğaldan azad etməsi Ermənistanın təslim olmasının əsas səbəblərindən biridir. Bu tarixi uğurla Ermənistan Ordusuna sarsıdıcı zərbə vuruldu. . Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsi dövründə ciddi beynəlxalq təzyiq və təhdidləri məhz xalqın inam və iradəsinə, birliyinə söykənərək dəf etdi, həlledici qələbənin əldə olunmasına qədər dayanmaq əmri vermədi.

    Ermənistan Ordusunun 30 il müddətində formalaşdırdığı “yenilməz ordu” mifi darmadağın edildi, erməni cəmiyyəti ilk günlərdən ruh düşkünlüyünə uğradı, daxili vəziyyət getdikcə gərginləşdi. Ciddi məğlubiyyət fonunda təcavüzkar ölkədə hərbi xidmətdən boyunqaçırma və fərarilik halları geniş vüsət aldı.  Ermənistanın işğalçı qoşunlarını işğal edilmiş ərazilərdən, o cümlədən Ağdam, Laçın və Kəlbəcər rayonlarından çıxarmağa məcbur olması birmənalı olaraq Azərbaycan Ordusunun tarixi qələbəsidir.  Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Azərbaycan xalqının ən böyük arzusunu  gerçəkləşdirdi.” Dəmir yumruq” düşmənin başını əzdi.  30 ildən çox müddətdə Vətən həsrəti ilə yaşayan insanların nisgilinə, habelə onların ümidsizliyinə son qoyuldu.  44 günlük Vətən Müharibəsi  Müzəffər Ordumuzun gücünü, döyüş mətanətini bütün dünyaya sübut etdi.
               
    Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının ildönümü ərəfəsində xalqımızı təbrik edir,Milli Ordumuza daha böyük güc, qüvvət,daha böyük qələbələr arzu edirik.
                         


    Arif Mehtiyev,
    Masallı rayonu, Bədəlan kənd tam orta məktəbinin  direktoru
    PAYLAŞ:

    Oxşar xəbərlər