Prezident İlham Əliyev Daşkənddə Heydər Əliyev Meydanının açılış mərasimində

Prezident İlham Əliyev Daşkənddə Heydər Əliyev Meydanının açılış mərasimində
  • Cəmiyyət

  • İyun ayının 21-də Azərbaycan Respublikasının Ali Baş Komandanı İlham Əliyev cənabları  Özbəkistan dövlətinin paytaxtı Daşkənd şəhərinə səfər etmişdir. Dövlətlər arası əlaqələrin yaxşılaşdırılması, ikitərəfli münasibətlərin inkişafı, Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamə imzalanmış və bu sənədin hər iki ölkə arasında əməkdaşlığı daha da gücləndirəcəyi, əməkdaşlıq üçün yeni imkanlar yaradacağı qərəzsizdir.  Səfər zamanı imzalanmış 20-dək sənəd Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlığı keyfiyyətcə yeni mərhələyə yüksəldir. İşgüzar səfərlə yanaşı cənab Prezidentimizin  səfərinin əhəmiyyətini artıran digər bir məsələ isə Prezident İlham Əliyevi Özbəkistana dövlət səfərinin ümummilli lider Heydər Əliyevin Özbəkistana səfərinin 25 illiyinə təsadüf etməsidir. Hələ 1997-ci ildə ulu öndər Heydər Əliyev Özbəkistana səfər etmiş, bir sıra mühüm sənədlərin imzalanmasına nail olmuşdu.

    Heç şübhəsiz ki, Daşkənddə Heydər Əliyev Meydanının açılışı, Özbəkistan Prezidentinin ulu öndər Heydər Əliyev barədə fikirləri qardaş ölkədə Azərbaycan xalqının ümummilli liderinə dərin rəğbət və böyük hörmətin olduğunu nümayiş etdir. Paytaxt ərazisində Ulu öndərimiz Heydər Əliyevin şərəfinə ucaldılmış kompleks Mirabad rayonunda Azərbaycanlıların yığcam yaşadıqları bölgədə yerləşir. Ətrafdakı binalar abadlaşdırılmış və ətraflı təmir bərpa işləri aparılmışdır. Meydanın ərazisi tamamilə yenidən qurulub, burada yaşıllıq salınıb, sakinlərin istirahəti üçün hər cür şərait yaradılmışdır. Meydanın mərkəzi hissəsində Ulu öndər Heydər Əliyevin böyük memorial kompleksi ucaldılıb. Ümummilli lider Heydər Əliyevin adını daşıyan küçədə yerləşən meydan şəhər sakinləri və bu ölkəyə gələn əslən Azərbaycanlı olan turistlərin istirahət üçün ən çox üz tutduqları yerlərdən biri olacaqdır. 
             
    Kompleksin açılışında Özbəkistanın və Azərbaycanın dövlət başçıları çıxış ediblər
    Özbəkistanın dövlət başçısı Şavkat Mirziyoyev çıxışında Azərbaycan Respublikasının Ulu öndəri Heydər Əliyevin XX əsrin sonlarında Azərbaycan üçün etdiyi fədakarlıqlardan danışıb və Azərbaycan xalqını məhz bu cür liderin siyasi davamçısının idarə etdiyinə görə xoşbəxt adlandırıb.

    Çingiz Qurbanov,
    Masallı Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşı

    PAYLAŞ:

    Oxşar xəbərlər