Prezident İlham Əliyevin Özbəkistana səfəri ilə əlaqədar bəyanatına dair tezis nümunəsi

Prezident İlham Əliyevin Özbəkistana səfəri ilə əlaqədar bəyanatına dair tezis nümunəsi
  • Cəmiyyət

  •            
    Bu yaxınlarda İlham Əliyevin Özbəkistana səfəri baş tutub.Pandemiya səbəbi ilə uzun fasilədən sonra baş tutan səfər zamanı Daşkənddə ulu öndər Həydər Əliyev Meydanının açılışı da olub.Bu açılışda olan çıxış zamanı İlham Əliyev Özbəkistan prezidenti Şavkat Mirmonoviçə dərin minnəttarlığını bildirərək ,Heydər Əliyevin Azərbaycan tarixində önəmli şəxsiyyət olduğunu bir daha xatırlatmışdır.Özbəkistan prezidentinə atasının xatirəsinə belə münasibət bəslədiyinə görə təşəkkürünü bildirmişdir: Mən Azərbaycan prezidenti kimi,Heydər Əliyevin oğlu kimi öz adımdan və bütün Azərbaycan xalqı adından təşəkkürümü bildirirəm.
               
    Özbəkistana səfərindəki çıxışı zamanı bu 2 ölkə arasında olan münasibətə fikir bildirmişdir: Bu səfər tarixi səfərdir.Biz münasibətlərimizin hərtərəfli inkişafına şərait yaradırıq.Tarixboyu bizim ölkələr dost münasibətində olmuş və bu yolda çoxlu sənəd imzalanmışdır.Bu gün biz qarşılıqlı fəaliyyətin mühüm məsələlərini müzakirə etdik.Bütün beynəlxalq strukturlarda daimi dəstəyi məmnunluqla qeyd edirik.                                                 
    Prezident, həmçinin imzalanan bəyannamə haqqında da fikir bildirib.Qeyd edib ki,Siyasi Bəyannamə mahiyyət etibarilə münasibətlərimizi yeni səviyyəyə çatdırıb.Ərazi bütövlüyümüzü bərpa edərkən Özbəkistanın Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib .Biz azərbaycanlılar da bunu yaxşı dərk edir,dəyərləndirir və bu münasibəti həmişə xatırlayacağıq.  Preziden Şavkat Miromonoviçə ipəkçiliklə bağlı məsələlərin həllinə görə də təşəkkür bildirib.Özbəkistanın bugünkü potensialı,onun bir hissəsi ilə texnoparkda tanış olmaq imkanı olacaq.Layihələrin reallaşdırılnası baxımından bizim kooperasiyamız çox vacibdir.                                                                               
             
    Şavkat Miromonoviçə işğaldan azad edilmiş Füzulidə tikdirmək istədiyi məktəb üçün də ayrıca təşəkkürünü bildirib.Artıq bu məktəbin tədris ilinə qədər istifadəyə veriləcəyi planlaşdırılır.Bu bizə verilən ilk belə hədiyyədir.Bu məktəbAzərbaycan və Özbəkistanın dostluğunun rəmzi olacaq. Özbəkistan sənaye potensialının artırılması, sosial məsələlərin həlliüzrə apardığı islahatları yüksək dəyərləndirilir.Dünyada bu gün  elə bir vəziyyət vardır ki, hər bir ölkə müdafiə qabiliyyətini möhkəmləndirməlidir.İlham Əliyev də bu görüşün müəyyən hissəsinin bu məsələyə həsr olunduğunu qeyd etmişdir.            Bu görüş zamanı bir çox mövzular müzakirə edilmiş,dost ölkələrin tarixində atılan mühüm addımlardan danışılmışdır.Bu 2 ölkə arasındakı fəal və mühüm münasibət həmişə davam edəcək.                                                          



    Cəfərova Aytən Balağa qızı,
    Masallı rayonu, Ərkivan qəsəbəsi
    PAYLAŞ:

    Oxşar xəbərlər