Qalib Azərbaycan ordusunun Silahlı Qüvvələr Günü

Qalib Azərbaycan ordusunun Silahlı Qüvvələr Günü
  • Cəmiyyət

  • 26 ilun Silahlı Qüvvələr Günü. Necədə qürür dolu ,fərəh dolu səslənir.

    SİLAHLI QÜVVƏLƏR GÜNÜ!

    Vətənə layiqincə xidmət edən Azərbaycan ordusu!

    Vətənə sadiq Azərbaycan ordusu!

    Bütün hərbi hissələrdə böyük ruh yüksəkliyi ilə xidmət edən Azərbaycan əsgərininn vətənpərvərlik  hissləri çox yüksəkdir,möhkəmdir. Azərbaycan əsgəri hər yerdədir.

    Quruda ,havada, dənizdə.Vətən qarşısında borclarının şərəf və vicdanla yerinə yetirən Azərbaycan ordusunun hərbiçiləri.Vətənin hər bir çağırışına  hər an hazır olan Azərbaycan ordusu.

    Azərbaycan əsgəri doğma torpaqlarını necə müdafiə etdiyini,vətən uğrunda son damla qanınadək vuruşmağı bacardığını və düşməndən üstün olduğunu bütün dünyaya sübüt etdi.

    Müstəqilliyi əbədi,dönməz olan Azərbaycan  Respublikasının müdafiəsinin və təhlükəsizliyinin təminatçısı kimi Ordumuz bu gün dünyanın ən güclü ordular sırasında yer almaqla eyni zamanda regionda sülhün və sabitliyin qorunmasında mühüm rol oynayır.

    Hərb tariximizin şanlı səhifələrindən sayılan ,şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cumhuriyyəti dövründə yaranan milli ordu quruçuluğumuzun 104 illiyi təntənə ilə qeyd olunur.Bu qürur verici günü qalib ölkənin qalib  Vətəndaşı kimi qeyd etmək böyük fəxarət və şərəf  hissi nəsib edir insana.

    Müzəffər  Ali Baş Komandanın rəhbərliyi  altında Ermənistan silahlı birləşmələrinin  təxribatlarına  qarşı başlayan əks hücüm əməliyyatları 44 günlük Vətən müharibəsində  rəşadətdi Azərbaycan ordusu 30 ilə yaxın müddətdə düşmən işğalında olan tarixi torpaqlarımızı azad etdi.

    Ali Baş Komandanın müdrik və uzaqgörən siyasəti, ordumuzun gücü sayəsində Azərbaycan ərazi bütövlüyünü bərpa etdi.İşğal tarixinin önünü boş qoymayaraq ZƏFƏR tarixi yazan Azərbaycan ordusu! 44 günlük bir dastan yazıldı. O dastan ki, əsrlər boyu davam edəcək.

    “Şəhidlərin qanı yerdə qalmayacaq” dedilər. Dedikləri kimi də oldu, biz qələbə çaldıq. Biz öz ərazilərimizi, yurdumuzu yenidən qazandıq. Bu yolda öz həyatlarına, ailələrinə, övladlarına rəğmən döyüşən oğullarımız oldu. O oğullar ki, onlar əbədiyyən yaşayacaq bizimlə. Onlar Cənnətdən bizə baxıb, xoşbəxt olurlar. Onlar Vətən qarşısında öz vəzifələrini yerinə yetirib, Qarabağı azad etdilər. Bunun üçün onların ruhu şaddır.

    Və bu gün bayrağımız Şərəflə mavi səmalara ucalıb.İllərin həsrətini dindirmək istəyirmişcəsinə  məğrur-məğrur dalğalanır.Böyük qürur və sevinc hissi ilə işğaldan azad olunmuş tarixi torpaqlarımızda  üç rəngli bayrağımızın  dalğalanmasını izləyirik.

    Zamanın sınağından  keçdikcə bütünləşən ,möhkəmlənən Azərbaycan!

    Parlaq  gələcəyə pəncərə açan çiçəklənən Azərbaycan!

    Qüdrətlənən Azərbaycan!

    Bu gün ölkəmiz dünyada nümunəvi inkişaf modelinə və milli tərəqqi yoluna malik müstəqil respublika kimi tanınır.Azərbaycanın tarixi nailiyyətlər qazanaraq  dünyada söz və nüfuz sahibinə çevrilməsi milli maraqlara,dövrün tələblərinə və çağırışlarına əsaslanan daxili və xarici siyasətin həyata keçirilməsi sayəsində mümkün olub.

    Və bu bayram günündə Azərbaycanın suverenliyin,müstəqilliyinin qorunması və ərazi bötüvlüyü uğrunda canından keçən şəhidlərimizi ehtiramla yad edirik.

    Torpaqlarımızın müdafiəsində əzmlə dayanaraq hərbi əməliyyatlar zamanı sağlamlığını itirən oğullarımızın  bütün hərbiçilərimizi 26 ilun Silahlı Quvvələr Günü münasibəti ilə təbrik edirəm.

    Dilarə Hüseynova,
    YAP Masallı rayon təşkilatının fəal üzvü
    PAYLAŞ:

    Oxşar xəbərlər