Evli kişilər daha uzun ömürlü olurlar. Rəsmi aşıqlamaya görə subay kişilər 9 il 7 ay evli kişilərdən az yaşayırlar. Bunun səbəbləri çoxdur.
Riskli davranış
Hər zaman təmiz və deşiksiz corab çatışmamazlığından başqa kişinin qarşısında adətən daha ciddi problemlər dayanır. Adətən gücülü cinsin nümayəndələrinin bir çoxu özlərinə sərhəd qoya bilmir. İdmanı, aktiv hərəkəti unudaraq içkiyə qurşanır, ondan daha çox həzz almağa başlayırlar. Qadınlarla təklikdə görüşə gələn zaman, gecə ərzində qəbul etdikləri normadan artıq içki gecə sonrası bəzən uğursuzluqla nəticələnə bilir ki, bu cür risklər nəticədə onlar üçün adi hala çevrilir.
Öz sağlamlığına diqqətsiz yanaşma
Leqal.Az topmister.org-a istinadən bildirir ki, qadınları nə qədər kişiləri sıxmaqda iddiham etsələrdə, gəlin həqiqətin gözünə dik baxaq. Bir çox kişilər sağlamlıqlarının qeydinə qalmağı həm sevmirlər, həm də bacarmırlar. Dişlərini illərlə müalicə etdirmirlər, həkimə yalnız ölüm ayağında olarkən gedirlər, bir çox xəstəlikləri isə yənədə spirtli içki ilə müalicə eməyə çalışırlar. Biz, kişilər, təəssüf ki, qadının nəzarəti altında həkimə getməyə məcbur oluruq. Yanımızda qadın olmayanda isə, həkimə artıq müalicəsi olmayanda baş çəkiriq. Kafelərdə, fasfoodlarda yeməklərini isə ev yeməkləri ilə əvəz etməyə başlayırıq.
Azad sevginin fəsadları
Bir çox kişilər razılaşmaya bilər. Onların fikrincə subaylar az yaşasada maraqlı yaşayırlar. Həyatlarında yüngül yola gətirilməli çox qadınlar olur. Lakin, bu üstünlüklər təəsüfki cinsi yolla keçə bilən xəstəliklərə yoluxma risqini artırmış olur. Bəzən xəstəlik cinsi orqanla bərabər sümüklərə, gözlərə, nəfəs alma yollarına belə təsir göstərə bilir.
Anlayışın və dəstəyin olmaması
Nə desənizdə, yaşlanma dövründə insan az adama gərəkli olur. Cavanlara onlarla söhbətləşmək maraqsız, əyləncəsiz görünür. Ən azından ictimai nəqliyyatda və ya küşədə danışmaq istəyən, fikirlərini demək istəyən yaşlılarla qarşılaşmısınız. Bu səbəbdən də, bu cür insanlar adətətn ailə üzvləri arasında söhbət etməyə üstünlük verirlər.
Qulluq
Bir çox yaşlı kişilərin qulluğa ehtiyacı olur. İynə vurdurmaq, həb içmək və s. Bu əsasən ömürləri boyu qulluq görmüş kişilərə aidsir. Onlar bəzən məişət məsələlərində də əlacsız lurlar. Bu səbəbdən çox vaxt həyat yoldaşları onları diqqətdə saxlayır, ehtiyac olarsa həkimləri olurlar. Ən əsası isə bu xidmətlər ödənişsiz həyata keçirilir./milli.az