Xəbər verildiyi kimi Azərbaycan Prezidenri cənab İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində iştirak edib.
Azərbaycan müstəqillik illərində öz enerji təhlükəsizliyinə sərmayə yatırıb, daxili bazarda tələbatları tam təmin edib və başqa ölkələrin enerji təhlükəsizliyində get-gedə daha mühüm rol oynamağa çalışır. Müstəqilliyimizin ilk illərində vəziyyət belə olmayıb. Xəzər Neft və Qaz Sərgisi təşkilatçılarının rolu həqiqətən çox vacib idi ki, diqqəti və sərmayələri cəlb etmək mümkün olsun. Bu konfransın keçirildiyi ilk ildən etibarən Azərbaycan özünün dünyaya açıq olduğunu elan etdi. Biz elan etdik ki, Xəzər dənizini əməkdaşlıq və sərmayələr məkanı kimi görmək istəyirik. Xəzərin neft və qaz yataqlarına yatırılan ilk xarici sərmayələr bizim tərəfdən və tərəfdaşlarımız tərəfindən təmin edilmişdir.
Cənub Qaz Dəhlizi hər birimizin qurur mənbəyimizdir. Eyni zamanda, o, bizə nəhəng “Şahdəniz” qaz-kondensat yatağında hasilatı artırmağa imkan yaradır. Bu, artıq baş verdi. Cəmi bir il beş aydır ki, ölkəmiz tamamilə yeni müasir infrastrukturdan öz qaz ehtiyatlarının nəqlində istifadə edir.
Bakı region üçün əhəmiyyəti artmaqda olan tədbirlərin keçirildiyi mərkəzdir. Bakı təkcə regionda ən böyük olan bu sənaye tədbirinə ev sahibliyi etmir.
Çünki bizim gündəlikdə duran növbəti planımız yenilənən enerjidir və artıq bu sahədə işlər görülür. Bu sahədə ölkəmiz çox gözəl nəticələr nümayiş etdirir. Çünki biz artıq özümüzü etibarlı ölkə olaraq təsdiq etmişik, o ölkə ki, öz öhdəliklərinə hörmət edir. Qeyd etmək istəyirəm ki, hasilatın pay bölgüsünə dair 1994-cü ildə xarici şirkətlərlə imzalanmış ilk sazişdən bu günə qədər müqavilələrdə bir söz belə dəyişdirilməyib. Bu isə bizim mövqeyimizin təzahürüdür. Biz öz öhdəliklərimizə hörmət edirik və tərəfdaşlarımızdan öz öhdəliklərinə hörmət etməyi gözləyirik.
Ölkəmizdə baş verən siyasi və iqtisadi sabitlik, neft, qaz və elektrik enerjisi ilə bağlı infrastrukturun yaradılmasında gözəl nəticələrimizdir. Yeri gəlmişkən, Ölkəmiz təkcə neft və qaz deyil, eyni zamanda, elektrik enerjisi ixrac edən ölkədir. Nəhəng potensial və təcrübə - bütün bu amillər mühüm enerji şirkətlərini cəlb etməyə və yenilənən enerjiyə investisiya yatırmağa imkan verib.Cənab Prezident, Bakıda keçirdiyimiz sərgilərə davamlı olaraq dəstək verdiyiniz və bu mühüm sənaye tədbirinin açılışında ənənəvi olaraq iştirak etdiyiniz üçün mən, həmçinin Sizə öz dərin minnətdarlığımızı ifadə etmək istəyirəm. Bu hər kəsə həm bu sənaye sahəsinin region üçün əhəmiyyətini və eyni zamanda, həmin sənaye sahəsinin daxilində bu tədbirin əhəmiyyətini göstərir.
Əfsanə Əflan qızı Kərimova,
Masallı Gənclər Evinin əməkdaşı