Bu ilki 28 may tarixi xalqımız üçün daha təntənəli və yadda qalan keçirildi.Çünki,28 may tarixində müstəqillik günü ilə yanaşı həmçinin “Teknofest”festivalı keçirildi.Festivalda Azərbaycan Respublikasınin Prezidenti İ.Əliyev və birinci xanım M.Əliyeva ,Türkiyə Cümhuriyyətinin Prezidenti R.T.Ərdoğan və onun xanımı Ə.Ərdoğan,həmçinin S.Bayraktar,Ə.Sancar iştirak etdi.
R.T.Ərdoğan çıxışına ilk öncə xalqımızı təbrik etməklə başladı.Bu müstəqilliyin əbədi və daimi olmasını arzuladı,qonaqpərvərliyə görə xalqımıza minnətdarlığını bildirdi.Azərbaycan-Türkiyə diplomatik münasibətlərinin qurulmasının 30-cu ildönümü olduğunu da vurğuladı.Amma iki qardaş arasinda münasibətlər böyük tarixe malikdir.İstər 1915-ci ildə,istərsə de 1918-ci ildə biz həmişə bir-birimizin arxasında olmuşuq.1918-ci il sentyabrin 15-də Bakının işğaldan azad edilməsində Nuru Paşanin rəhbərliyi ilə Qafqaz İslam ordusunun göstərdiyi böyük şücaət buna misal ola bilər.R.T.Ərdoğan bütün Dünya ölkələrinə bir sıra fikirləri ilə sanki mesaj yollış oldu.Qoy bütün Dünya bilsin ki, Azərbaycan-Türkiyə qardaşlığına kimsə kölgə sala bilməz.Biz hem qardaş həm də strateji tərəfdaşıq,müttəfiqik.Bu müttəfiqliyimiz enerji ,iqtisadiyyat,nəqliyyat ve bir sıra digər sahələrdə özünü göstərir.
Ellərin yurduna çiçək açarkən
Bizim elə qar gəlir qardaşım.
Bu hüdudu kimlər çəkib könlümə,
Dar gəlir,dar gəlir qardaşım.
Biz bu gün bu hüdudları bu gün burada birlikdəyik.Nə qədər qardaşımız varsa ora bizim evimiz,yurdumuzdur....
Prezident İlham Əliyev də çıxışına ilk öncə Azərbaycan xalqının bayramını tebrik etməklə başladı.Daha sonra Türkiyədən gələn qonaqları salamladı.Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasınin tarixindən bəhs etdi.Daha sonra Azərbaycan Xalq Cümhuriyyətinin dağılması,90-cı illərdə yenidən müstəqillik qazanmağımız və Türkiyənin çətin anlarda həmişə yanımızda olmasından,dəstəyindən bəhs etdi.Biz bu dəstəyi bu gün də hiss edirik və bu dəstəyə görə türk xalqina minnətdarliğımızı bildiririk.Biz həm yaxşı həm də pis gündə bir-birimizin yanında olmuşuq,oluruq və olacağıq da.Ötən il iyunun 15-də Qurtuluş günündə biz Şuşa bəyannaməsini imzalamaqla rəsmi şəkildə müttəfiqlik zirvəsinə yüksəldik.
Daha sonra Prezident S.Bayraktarı salamlayaraq ona minnətdarlığını bildirib.Hal-hazırda dünyada Bayraktar PUA-larının rolunu bilməyən yoxdur.Vətən müharibəsində də bu PUA-lar bizim qələbə qazanmağımızda böyük rolu olub.Səlcuq bəy də öz addımlarıyla gənclərimizə örnəjdir.İ.Əliyev Ə.Səncər haqqında danışarkən onun ən böyük arzusu olan Şuşaya getmək arzusunu reallaşdırdığını bildirib.Nobel mukafatı laureanı olan Əziz bəy əminəm ki,bütün gənclər üçün nümunə olar.
İki qardaş ölkənin prezidentlərinin çıxışlari tədbirin ən yaddaqalan hissələrindən biri oldu.Əminik ki,Azərbaycan-Türkiyə növbətibillərdə bundan da böyük tedbirlərdə qardaşlığını nümayiş etdirəcəklər.
Elanora Babayeva,
Masallı şəhər 2-saylı məktəbin tarix müəllimi