Səkkiz ay ərzində Azərbaycanda 23 min 415 cütlük nikaha daxil olub

Səkkiz ay ərzində Azərbaycanda 23 min 415 cütlük nikaha daxil olub
  • Cəmiyyət / Maraqlı

  • Yanvar-avqust ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 23 min 415 nikah və 9644 boşanma halları qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə nikahların sayı 3,5, boşanmaların sayı isə 1,4 olub.
    Bu barədə LEQAL.AZ-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
    Bununla yanaşı, yanvar-avqust aylarında Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən Azərbaycana daimi yaşamaq üçün 1086 nəfər gələn və ölkədən 423 nəfər gedən qeydə alınıb. Ölkə üzrə miqrasiya saldosu müsbət 663 nəfər təşkil edib.
    PAYLAŞ:

    Oxşar xəbərlər