Sülh, əmin-amanlıq, iqtisadi inkişaf və geniş islahatlar dövrü başlayır. Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq konfransda dünyanın beyin mərkəzlərinin nümayəndələri qarşısında çıxış edən Azərbaycan Prezidenti cənab İlham Əliyev bildirmişdir ki, 30 il ərzində Azərbaycan torpaqlarının işğal altında olması, bütün dünyada kök salmış erməni lobbisi və ona bağlı olan media təsisatlarına təhrif olunmuş məlumatlarla psevdo-reallıqlar formalaşdırmaq imkanı verib.Bu illər ərzində Cənubi Qafqazda, Qarabağda hökm sürən reallıqlarla bağlı yalnış təsəvvürlər formalaşdırılıb. Təəssüflər olsun ki, bu yalnış təsəvvürlər bu gün də davam etməkdədir və erməni lobbisinin manipulyasiya siyasəti, dezinformasiyaları bir çox hallarda nəticə verib. Bu gün Azərbaycan hakimiyyətinin əsas priloritet məqsədlərindən biri regionda davamlı sülhə nail olunması, Qarabağda sosial infrastrukturun sürətli bərpası, yerli əhalinin qayıdışının təmin edilməsidir. Dövlət başçısı bu barədə konfransda danışarkən qeyd etdi ki, erməni seperatizminin nəticəsi olaraq Cənubi Qafqazda regional əməkdaşlıq düz 30 il ləngimişdir. Cənab Prezidentin “ Ermənistanda, həmçinin anlamalıdırlar ki, onlar bu bölgədə təcrid olunmuş ada kimi yaşamaqda davam edə bilməzlər. Onlar bizimlə münasibətləri normallaşdırmalıdırlar, Azərbaycana və Türkiyəyə ərazi iddialarına son qoymalıdırlar və Cənubi Qafqazda üçtərəfli səviyyədə hər hansı qarşılıqlı təmasdan çəkinməli deyillər” fikri Azərbaycanın sülh və əməkdaşlıq sahəsində real və konstruktiv mövqeyini bir daha ortaya qoymuşdur. Prezident əsas diqqəti postmünaqişə dövründə regionda sülhün əldə olunmasına və bunun üçün atılan addımlara yönəltdi. Digər bir məqam isə ərazilərin minalardan təmizlənməsi məsələsi və burada Azərbaycanın üzləşdiyi ikili standartlar oldu. Prezident çıxışı zamanı Azərbaycanın Cənubi Qafqazda yeni, sülh və əməkdaşlıq erasını müdafiə etdiyini, Ermənistanın da nəhayət ki buna müsbət cavab verdiyini deyib. Yalnız sülh razılaşmasının imzalanacağı halda regionda sülh uzunmüddətli və dayanıqlı ola bilər. Bunun üçünsə, Azərbaycana güvənli təminat lazımdır. Konfrans zamanı Prezident İlham Əliyev Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiya prosesi zamanı istifadə oluna biləcək xəritələrdən də danışıb. O, tarixi və Cənubi Qafqazın sovetləşdirilməsindən sonrakı mümkün olan xəritələrin nəzərə alınacağını bildirib. “Biz diqqəti sadəcə bir xəritəyə yönəldə bilmərik. İrəvanın Azərbaycanın bir hissəsi olduğu 1918-ci ildən başlayaraq bir çox xəritələr olub. Eləcə də Zəngəzurun Azərbaycanın bir hissəsi olduğu 1920-ci ilin noyabrından əvvəl. Hazırkı İran-Ermənistan sərhədində azərbaycanlılar məskunlaşmışdılar və buranın erməni xalqı ilə heç bir əlaqəsi yox idi. Zəngəzurun Ermənistana verilməsi 1920-ci ilin noyabrında sovet hökumətinin qərarı idi. Amma Ermənistana verilərkən o, indiki kimi 42 kilometr deyildi, daha dar idi. Amma sonradan müxtəlif hiylələrlə ermənilər İranla yeganə sərhədləri olan bu ərazini genişləndirdilər. Ona görə də bizim mövqeyimiz budur ki, biz məsələn, 1918-ci ildən və ya daha əvvəldən başlayaraq 1991-ci ildə Sovet İttifaqı dağılanadək bütün xəritələri götürəcəyik. Amma, əlbəttə bu, bizim birgə İşçi qrupumuzun müzakirələrinin bir hissəsi olacaq”, - deyə dövlət başçısı vurğuladı.
Cənab Prezident Azərbaycan-Rusiya, Azərbaycan-Türkiyə əlaqələrinə dair sualları cavablandırarkən bildirdi ki, biz daim regionda sülhə dəstək verən, qarşılıqlı əməkdaşlığa əsaslanan əlaqələrə üstünlük verir, bərabərhüquqlu müqavilələrdə iştirakdan məmnunluq duyuruq. “Şuşa Bəyannaməsi”ni imzalamaqla biz Türkiyə ilə həm sözdə, həm də əməldə bir olduğumuzu bütün dünyaya bəyan etdik. Bəyannamə əməkdaşlığın mahiyyətini rəsmiləşdirdi, çünki biz onsuz da istənilən şəkildə müttəfiq idik. Azərbaycan ilə Rusiya arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin imzalanması da bizim strateji maraqlarımıza əsaslanır, çünki Rusiya bizim qonşumuzdur. Bu ölkə İkinci Qarabağ müharibəsinin sona çatdırılmasında fəal iştirak edib və onların sülhməramlı qüvvələri müvəqqəti olaraq Azərbaycanda, Qarabağdadır. Rusiya ilə üzərində uzun illər ərzində çalışdığımız çoxsaylı məsələlər var – iqtisadiyyat, enerji, nəqliyyat, mədəniyyət və humanitar sahələrdə. Bu onu göstərir ki, bizə müharibə yox, sülh, quruculuq və inkişafa yönəlmiş fəaliyyət gərəkdir. Regionumuzda sülh və qarşılıqlı etimad olacaqsa inkişaf da olacaqdır. Bir sözlə, Azərbaycan Qafqazda sülh gündəliyini təbliğ edir. Azərbaycanın açıq bəyan edilmiş və beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunmuş sülh gündəliyi və təşəbbüsləri Cənubi Qafqazda regional inkişaf üçün yeni imkanların yaradılmasına yönəldilib. Bu, təkcə Azərbaycan və Ermənistan arasında deyil, ümumiyyətlə, Cənubi Qafqaza aid məsələdir. Cənab Prezident qeyd etdi ki, beynəlxalq təşkilatların, mina problemi ilə məşğul olan beynəlxalq QHT-lərin Azərbaycanın işğaldan azad olunmuş ərazilərində mina probleminə laqeyd münasibəti heç də xoş qarşılanmır.Biz bunu ədalətsizlik və ikili standartlar olması ilə əlaəqləndirirk. Yaxşı olardı ki belə münasibətlərə son qoyulsun. Təbiidir ki, istər –istəməz belə münasibətlər beüynəlxalq qurumların fəaliyyətinə kölgə salır və onlara olan inamı sarsıdır. Erməni abidələrinin dərdini çəkən UNESKO erməni əhalinin Kəlbəcərdən çıxarkən genişmiqyaslı talançılığa əl atmasını, evlərin dağıdılmasını, dini və mədəni abidələrə ziyan vurulmasını görməzdən gəlir və susur. Ən bədnam hadisə olan Xudavəng monastrından 800 illik tarixi olan dini freskaların sökülüb aparılmasına heç bir reaksiyanın verilməməsi olmuşdur. Konfransda cənab Prezidentin qeyd etdiyi kimi Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır, Azərbaycan dövlətinin onların bütün hüquqlarını və təhlükəsizliyini təmin etməyə hazırdır. Çünki Azərbaycanın multikultural dəyərləri və tolerantlıq nümunəsi olması hamıya məlumdur. Lakin bir şərtlə ki, oradakı ermənilər azərbaycan vətəndaşı olduqlarını qəbul edərək ölkə Konstitusiyasına və qanunlara tabe olsunlar. O zaman azərbaycan dövləti öz vətəndaşlarının bütün problemlərini həll etməyə qadirdir.. Son vaxtlar Qarabağdakı ermənilərdən Azərbaycana müsbət mesajların daxil olması, ermənilərin sürətli iqtisadi inkişafın bir hissəsi olmaq, vahid Azərbaycan dövlətində təhlükəsiz, rahat yaşamaq perspektivi, bunun üçün separatçı tendensiyalardan və istəklərindən vaz keçilməsinin zəruriliyi haqqında düşünmələri müsbət haldır. Son olaraq gələcəyin siyasi və iqtisadi konturlarını açıqlayan Prezident Azərbaycanın regional layihələrin müəllifi olaraq Türkiyə və Gürcüstan arasında üçtərəfli əməkdaşlıqdan məmnunluğunu ifadə edərək bildirmişdir ki, mühüm layihələrin müəllifi, güclü iqtisadi potensiala malik ölkə, sərvət və sabitlik yaradıcısı kimi Azərbaycan bu prosesdə liderliyi öz üzərinə götürəcək.
Rusif Kərimov,
Masallı rayon Ərkivan qəsəbə sakini